Icma.az
close
up
RU
Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin!

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin!

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir.

Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

- İlk günlərdə ifraz olunan süd - ağız südü (molozivo, kolostrum) daha qatı, az yağlı, Na, K, Mg, kalsium kimi minerallarla və uşağı infeksiyalardan qoruyan hüceyrə və antitellərlə zəngindir.

- Getdikcə südün tərkibində dəyişikliklər olur və 10-15 gün içində yetkin süd formalaşır.

Ağız südü (kolostrum, molozivo)

Tərkibi

Əhəmiyyəti

Antitellə zəngin

Uşağı infeksiya və allergiyadan qoruyur

Ağ qan hüceyrələri

İnfeksiyadan qoruyur

İşlədici təsiri

Mekoniumu təmizləyir

Sarılığın qarşısının alınmasını asanlaşdırır

Böyümə faktorları

Bağırsağın yetkinləşməsinə təsir edir

Vitamin A ilə zəngin

İnfeksiyaların daha yüngül keçirilməsinə səbəb olur

Göz xəstəliklərindən qoruyur

Ana südünün üstünlükləri

- Ana südü daim təzədir, təmizdir, uyğun temperaturdadır.

- Ana südünün həzmi asandır, qəbizliyin qarşısını alır, xəstəliklərdən qoruyur, təbii qidalardan tərkibcə ən mükəmməlidir.

- Ana südündə olan lactobacillus bifidus uşağı E. Coli kimi infeksiyalardan qoruyur

- Ana südündəki proteinlərin 60-80 % -i zərdab proteinidir ki, bioloji olaraq daha əhəmiyyətlidir, ilk 4-6 ayda uşağın protein tələbatını təkbaşına tam ödəyir.

- Ana südündəki esensial yağ turşuları inək südündəkindən 5 dəfə çoxdur

- Ana südündə Ca/P nisbəti 2:1 –dir. Bu nisbət kalsiumun mənimsənilməsini artırır.

- İnək südündəki dəmirin 5-10 %-i, ana südündəki dəmirin 50-60 %-i mənimsənilir.

- Ana südü alan uşaqlarda mədə-bağırsaq sisteminin infeksiyaları, pnevmoniya, meningit və bakteremiya sıxlığı daha azdır. Bu uşaqlarda allergiya, xroniki xəstəliklər, limfoma, piylənmə daha az müşahidə edilir.

- Süni qidalar alan uşaqlarda diş çürüyü daha çox rast gəlinir.

- Ana südü ilə qidalanma uşağın ən yaxşı şəkildə böyüməsi və yetişməsini təmin edir, uşaqla ana arasında yaxın təmas qurulur.

- Ana südü ilə qidalanma müddəti çox olan uşaqlarda İQ (zəka) göstəriciləri daha yüksəkdir.

- Ekonomikdir: xüsusi bir hazırlıq tələb etmir.

Döşlə əmizdirmə ananın sağlamlığı üçün də önəmlidir!

- Qısa müddətdə əvvəlki çəkisinə dönər

- Sümük yenilənməsi artar və menopauzadan sonrakı sümük əriməsi (osteoporoz) daha az ğörünər

- Yumurtalıq və süd vəzi xərçəngi daha az rast gəlinər

- Yaxşı bir ailə planlaması vasitəsidir

Ana xəstə, hamilə və ya aybaşı olan müddətdə də südü uşaq üçün ən yaxşı qidadır, çünki bu hallarda da südün keyfiyyəti pozulmur. Sadəcə bu vəziyyətlərdə ana öz qidalanmasına daha çox fikir verməlidir.

Ana çox ağır xəstə deyilsə və uşaq üçün zərərli dərmanlar istifadə etmirsə əmizdirə bilər.

Südüm çatmır, uşağı doyuzdurmur - bu ifadə tez-tez işlənsə də, həqiqi, fizioloji süd çatışmazlığı nadirdir.

Süd çatışmazlığının simptomları

Dəqiq simptomlar:

- Çəki artımının geri qalması - 1 ayda 500 gr-dan az çəki artımı və ya 2-ci həftədən sonra uşaq doğulduğu çəkidə az olarsa

- Sidiyin miqdarı - 1 gündə 6 dəfədən az, tünd sarı və kəskin qoxulu sidik ifrazı

Qeyri-dəqiq (ehtimal olunan) simptomlar:

- Əmizdirmədən sonra narahatlıq

- Barmaq əmmə

- Tez-tez ağlama

- Uzun müddət əmmək

- Döşü rədd etmə

- Bərk, quru və yasıl nəcis

- Süd vəzilərinin yumşaq olması

- Hamiləlik dövründə döşlərin böyüməməsi

Əziz analar! Bu simptomlar olduqda uşağa süni qida verməyə tələsməyin! Mütləq həkiminizlə, süd əmizdirmə məsləhətçiləri ilə məsləhətləşin! Ana südü verməyə maraqlı olun!

Süd çatışmazlığının qarşısını almaq üçün:

- Tez-tez  əmizdirmək

- Süd vəzinin tam boşaldılması

- Gilələrdə, areolada ağrı, yara varsa bunun qarşısını almaq lazımdır. Xüsusən ilk dəfə ana olan qadınları bu ağrılar qorxutmamalı, buna görə əmizdirməkdən imtina etməməlidir. Çünki bu halların tez bir zamanda aradan qaldırılması üçün saysız-hesabsız vasitələr var!

Ana südünün çatışmazlığının qarşısını almaq üçün

- ananın düzgün qidalanması və yuxu rejimi də olduqca vacibdir:

- Südverən ana qida ilə 500 kcal/gün əlavə enerji almalıdır

- Qidasında kofeinin miqdarı azaldılmalıdır

- Ədvaların çox istifadısindən qaçmalıdır

- Uşaqda sancı yaradan qidaları ana rasionundan çıxarmalıdır

- Vegetarian analar baş verə biləcək çatışmazlıqlar haqda maarifləndirilməlidir.

Ailədə döş əmizdirən anaya kömək lazımdır ki, o, tam yuxusunu ala bilsin.

Beləliklə, körpənizi əmizdirməklə özünüz bir çox xəstəliklərdən qoruna bilərsiniz, daha sağlam və zəkalı övlada sahib ola bilərsiniz.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri