Ovod un təqdimatında baş verənlər Fotolar
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Məşhur ingilis yazıçısı Etel Lilian Voyniçin eyniadlı romanı əsasında səhnələşdirilmiş “Ovod” tamaşasının premyerası olub.
Axşam.az xəbər verir ki, təqdimat Heydər Əliyev Sarayında keçirilib. Tamaşada Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, aktyorlar Ziya Ağa, Şamil İbrahimov, Tural Rza, aktrisa Oksana Rəsulova yer alıblar.
Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir.
Tamaşanı izləməyə gələnlər arasında incəsənət nümayəndələri də yer alıblar.
Qeyd edək ki, “Ovod” 1897-ci ildə ABŞ-da çap olunub.
Foto: Orxan Şərəfxanov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 10 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















