Icma.az
close
up
RU
Arzu Əliyeva film təqdimatında Fotolar

Arzu Əliyeva film təqdimatında Fotolar

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib

Axşam.az xəbər verir ki, noyabrın 12-də Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” (“Steps in Silence”) tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, rəsmilər və mədəniyyət xadimləri iştirak ediblər.

Nümayişdən öncə məlumat verilib ki, rejissor Fariz Əhmədovun ekranlaşdırdığı film Qarabağda və işğaldan azad edilmiş digər ərazilərdə aparılan minatəmizləmə prosesini, bu təhlükəli missiyanı həyata keçirən qadın minaaxtaranların həyat və fəaliyyətini əks etdirir. Bir qadın minaaxtaranın həyat hekayəsi əsasında qurulan ekran əsərində xüsusi minaaxtaran qrupunun üzvü olan xanımların peşə fəaliyyəti, qarşılaşdıqları çətinliklər, eləcə də ailə həyatları və gündəlik qayğıları təqdim olunur.

Bildirilib ki, “Sükut içində addımlar” filmi artıq beynəlxalq festivallarda uğur qazanıb. Avropanın aparıcı kino tədbirlərindən olan 66-cı Krakov Film Festivalının müsabiqə proqramında dünya premyerası keçirilən ekran əsəri “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülüb.

Bundan əlavə, film Polşanın Qdınya şəhərində keçirilən “NNW” Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi qeydi” mükafatını qazanıb, Rumıniyada təşkil olunan “Astra Film Festivalı”nda beynəlxalq auditoriyaya təqdim edilib.

Filmin beynəlxalq festivallarda nümayişi və qazandığı mükafatlar ekran əsərində əks olunan hekayənin daha geniş auditoriyaya çatdırılmasına, Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanıdılmasına töhfə verir.

Sonra film nümayiş olunub, tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

Nümayişdən sonra ekran əsərinin yaradıcı heyəti səhnəyə dəvət olunub. Onlar filmin çəkiliş prosesindən danışıblar.  

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, “Drygas Film Production” və Polşa Televiziyasının birgə istehsalı olan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyevdir. Ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri isə Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://axsam.az
archiveBu xəbər 13 Noyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri