Icma.az
close
up
RU
Oynaq ağrılarının əsas səbəbi nədir?

Oynaq ağrılarının əsas səbəbi nədir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ən çox dəyişdirilən oynaqlar diz və bud-çanaq oynaqlarıdır. Bunun əsas səbəbi sözügedən oynaqların gün ərzində bədənimizin bütün yükünü daşıması və ən çox hərəkətdə iştirak etməsidir”.

"Cebheinfo.az" xəbər verir ki. bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində travmatoloq-ortoped Valid Novruzov deyib.

Onun sözlərinə görə, insan yeriyəndə, pilləkən qalxanda, oturub-duranda və hətta sadəcə ayaq üstə dayananda belə, ən böyük yük məhz diz və bud-çanaq oynaqlarının üzərinə düşür:

“İllər keçdikcə qığırdaq toxuması aşınmağa başlayır, oynaq səthləri hamar quruluşunu itirir və nəticədə ağrı yaranır. Xəstələr əvvəlcə uzun müddət piyada hərəkət edərkən narahatlıq hiss etdiklərini deyirlər, lakin zaman keçdikcə bu ağrılar gündəlik həyatın bir hissəsinə çevrilir.

Diz oynağında ağrı ilə yanaşı, şişkinlik, sərtlik və ayağın tam açılıb-bükülməməsi, yəni hərəkət məhdudiyyəti ilə də müşahidə oluna bilər. Bud-çanaq oynağında isə ağrı daha çox qasıq nahiyəsində hiss olunur və bəzən bud və diz nahiyəsinə yayılır”.

Travmatoloq-ortoped bildirib ki, müasir tibbdə oynaq endoprotezləşdirilməsi insanların həyat keyfiyyətini ciddi şəkildə yaxşılaşdıran əməliyyatlardan biridir:

“Məqsəd yalnız ağrını aradan qaldırmaq deyil, insanın yenidən sərbəst hərəkət edə bilməsini təmin etməkdir. Cərrahi müdaxilədən sonra bir çox xəstə illərlə edə bilmədiyi gündəlik fəaliyyətlərinə qayıda bilir. Son illərdə texnologiyanın inkişafı ilə protezlərin keyfiyyəti və davamlılığı da xeyli artıb. Bunun sayəsində əməliyyatların nəticələri daha uğurlu olur və xəstələr daha aktiv həyat yaşayırlar.

Diz və bud-çanaq nahiyələrindən başqa bəzi hallarda çiyin, dirsək və ayaq biləyi oynaqları da dəyişdirilə bilir. Xüsusilə ağır travmalar, revmatik xəstəliklər və ya oynaqda ciddi deformasiya olduqda bu əməliyyatlara ehtiyac yaranır. Ən vacib məqamlardan biri isə, xəstənin vaxtında əməliyyat üçün müraciət etməsidir. Çünki oynaq tam sıradan çıxmadan aparılan müalicə və düzgün planlaşdırılmış əməliyyat nəticələri daha uğurlu edir”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyun 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri