Icma.az
close
up
RU
Oyun musiqisini sazda ifa edib məşhurlaşan gənc: Məhdud imkanlarla öz trendimi yaratdım

Oyun musiqisini sazda ifa edib məşhurlaşan gənc: Məhdud imkanlarla öz trendimi yaratdım

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə yayılan maraqlı bir video qısa zamanda populyarlıq qazanıb. Gənc ifaçı Tofiq Hüseynzadənin dünyaca məşhur "Subway Surfers" oyununun musiqisini milli musiqi alətimiz olan sazda səsləndirməsi rəğbətlə qarşılanıb. Klassik musiqi aləti ilə müasir oyun melodiyasının qeyri-adi sintezi həm gənclərin, həm də musiqisevərlərin diqqətini çəkib.

Oxu.Az-ın əməkdaşı sözügedən ifası ilə sosial mediada trend istifadəçilər sırasında qərarlaşan Tofiq Hüseynzadə ilə həmsöhbət olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Oxu.Az (@oxuaz)

- Öncə özünüz barədə məlumat verməyinizi istərdik.

- Hazırda Gəncədə yaşayıram. 2005-ci ildə Daşkəsəndə anadan olmuşam. Gəncə Şəhər Uşaq İncəsənət Məktəbini bitirmişəm, xalq çalğı alətləri üzrə beşillik saz ixtisasının fərqlənmə (qırmızı) diplomlu məzunuyam. Müəllimim Bəhruz bəy olub.

Bəzi səbəblərdən hazırda qeyri-musiqi ixtisası - Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə ali təhsil alıram. Dördüncü kurs tələbəsiyəm.

Həmçinin Tatarıstanın "Musica-del-mondo" adlı müsabiqəsinin I dərəcəli laureatıyam. Habelə ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş fakültələrarası festivalda üçüncü yerə layiq görülmüşəm.

- Sazda nə zamandan ifa etməyə başlamısınız?

- Babam sazı çox sevirdi. Kiçik yaşlarında nəvələrinə saz alardı. Elə o zamanlardan məndə saza maraq yaranıb. Babamı sevindirmək ümidi ilə balacalıqdan saz çalmağa başlamışam. Lakin standart ifaları xoşlamıram. Fərqlilikləri sevirəm. Çətin ifaları səsləndirmək marağımı daha çox çəkir. Həmişə müəllimimə deyirdim ki, yenilikləri, yeni havaları öyrətsin.

- "Subway Surfers" oyununun məşhur musiqisini sazda səsləndirmək ideyası necə yarandı?

- Əvvəllər dərslərin çoxluğu və bəzən tənbəllikdən sosial medianı aktiv izləyə bilmirdim. Bacarığımın fərqində idim, fərqliliyimi görürdüm. Bilirdim ki, "TikTok" və "Instagram" kimi sosial şəbəkələr davamlılığı sevir. İndi oturub izləyirəm ki, görüm trendə nələr düşür. Lakin trend arxasınca qaçmıram. Evdə deyirdilər ki, filan mahnı məşhur olub, onu ifa et, paylaş, amma mən istəyirdim ki, yeni bir şey olsun, onu yayım, paylaşım və öz trendimi yaradım.

- Sazda fərqli ifalar səsləndirmək texniki baxımdan hər hansı bir çətinlik yaradırmı?

- İstənilən şəraitdə əlimdə tək saz olsun, mahnını eşidim, onu maksimum 20 dəqiqəyə hazır edə, səsləndirə bilirəm. Yəni dinləməyim kifayət edir. Nəzəriyyə və notlar barəsində zəif olsam da, qulaq yaddaşım yaxşıdır. Dinlədiyim istənilən musiqini rahatlıqla sazda ifa edə bilirəm.

- Gələcək ilə bağlı planlarınız nələrdir? Başqa oyun, film və ya məşhur melodiyaları sazda ifa etməyi düşünürsünüz? Təkliflərə açıqsınız?

- Bəli, böyük layihələrin bir parçası olmaq istəyirəm. Sazı insanlar keçmişdən qalma, köhnə ifa tərzi kimi tanıyırlar. Bu aləti fərqli formalarda mahnılar ifa etməklə gənclərə sevdirmək istəyirəm. Saz bizim milli kimliyimizdir. Bəziləri bunu qəbul etmirdilər. Bəzən aşıqlar yazırdılar ki, bu tip mahnılar ilə sazı əskildirsən. Tar da, kamança da bizim milli-mənəvi dəyərimizdir. Niyə sazda belə ifalar edəndə neqativ yanaşılmalıdır? Əslində, inkişaf gedir. Elə bunun nəticəsidir ki, ifam trend olub.

- Sazda ifa etməyə yeni başlayanlara hansı tövsiyələri verə bilərsiniz?

- Ətrafdan yalnız dəstək almağa çalışsınlar. Davamiyyətlə dəstək birləşəndə güclü nəticə alınır. Əvvəllər mənə də "saz nədir?" deyərək lağ edənlər olub. Məncə, nəinki saz ifa etməkdə, bütün sahələrdə belədir. Birinci nəticə görmürlər, hər söz deyən olur. Hər kəsin bir fikri olur. Lakin gərək öz fikrini formalaşdırıb irəliləyəsən.

Əlində imkanın olmaması nəyəsə başlamaq üçün bəhanə edilməməlidir. Bu dəqiqə mənim telefonumun ekranı işləmir, videoları yaxınlarımın telefonu ilə çəkmişəm. Notbuk da dayımın idi, mənə verib. Onun da ekranı pis vəziyyətdədir. Gərək əlində olan mümkün imkanlardan yararlanasan. Bəhanələrlə özünü tənbəlləşdirməyəsən. İmkan məhdud olsa belə, kiçik addımlarla böyük nailiyyətlər qazanmaq mümkündür.

- Bu sahədə hədəfləriniz nələrdir?

- Peşəkar səhnədə olmaq istəyirəm. Yalnız saz yox, mən mahnı aranjemanları da edirəm. Düzdür, bu sahədə böyük təhsilim yoxdur. Yalnız həvəskar kimi məşğul olmuşam, öyrənmişəm. Kiçik notbukumda bəzən saz ifası da aranjeman edirdim. Bunlar vaxt ikisi olurdu, bir mahnının ərsəyə gəlməsi xeyli vaxt aparırdı. Ona görə belə qərara gəldim ki, saz ifasını olduğu kimi - sadə paylaşım, tanınım.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Yanvar 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri