Icma.az
close
up
RU
Oyun qaydasızdır: AFFA, hakimlər və görünməyən güclər

Oyun qaydasızdır: AFFA, hakimlər və görünməyən güclər

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son bir il ərzində Azərbaycan futbolunda bir sıra mühüm qərarlar qəbul olunub və yeniliklər tətbiq edilib. Bütün bu addımlar ölkə futbolunun dayanıqlı inkişafına və beynəlxalq arenada daha rəqabətli olmasına xidmət edir. Yeniliklərin təsiri artıq hiss olunmağa başlayıb. Futbol ictimaiyyəti bu qərarların gələcəkdə daha böyük uğurlar gətirəcəyinə inanır. 

Amma...

Əmma həmişə olub, belə görünür ki, yenə də olacaq. Sanki görünməyən bir əl gedən prosesləri durdurmaqla, ləngitməklə, aranı qatmaqla, qarşıdurma yaratmaqla məşğuldur. Əl sahibi məlumdur! Vaxtı ilə bizim dərvişlər Parisi “partladır”dısa, indi Müsyö Elxan futbolumuza barıt qoydurmaqla(!) məşğuldur. Təbii ki, tək əldən səs çıxmaz, əgər Bakıda o əli öpənlər olmazsa. 

Nədənsə yeni rəhbərlik AFFA-da, klublarda, ümumiyyətlə idarəçilikdə  keçmiş rəhbərliyə “ləbbeyk” deyənlərdən qurtulmağa çalışmır. Ən azı kənardan belə görünür. Çalışırlarsa da, çox ləngdir və nəzərəçarpacaq qədər deyil. Hələ də köhnələrin əmrində amadə ən azı 3-4 klub, bir federasiya və qərargahda – AFFA-da oturan onlarla kadrlar var. Hər kəs zamanını gözləyir. 

Məqsəd məlumdur – gələcək seçkilərdə AFFA-da “saray çevrilişi”. Səbəb də məlumdur – ildə ən azı 150 milyon manatdan çox dövriyyəsi olan futbolumuzu yenidən reytinqlərin dibinə soxub-çıxartmamaq. "Azərbaycanda futbolçu yoxdur" deyib erməni dostları olan eddiləri milliləşdirmək, 6-7 ilə 20-30 milyonu foqtslara peşkəş etmək. Ən gülməlisi faydasız almanların gəlib bizə futbol öyrətməsi yox, bizim Almaniyada futbol akademiyası açıb onların uşaqlarını yetişdirmək istəyimiz idi. Bir alman niyə uşağını Berlində “Azərbaycan Futbol Akademiya”sına qoysun? Lap məşhur filmimizdə deyildiyi kimi: “Görəsən monqol turistləri monqol dublyonkasını niyə burdan alır?” 

Qısası, futbolumuzun balını yeyib zəhərini bizə saxladılar. Səfasını çəkib, cəfasını bizə verdilər. 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına ayrılan pulları havaya sovurdular. Biz hava udduq, onlar Havaya bilet.

İndi nə baş verir?

Sirr deyil ki, “AFFA-nın inkişaf strategiyası”nın həyata keçirilməsi sanballı maliyyə və zaman tələb edir. Bu zaman ərzində istər mediada, istərsə də meydanlarda, lap AFFA-nın içində də Paris qoxulu əməllərin şahidi olacağıq. İnanmadığınız, ummadığınız, söhbətlərə, proseslərə “fransız” qalanlar hərəkətə keçəcək.  

Hazırda hakimliklə bağlı yaranan narazılıqlar, əslində köhnələrin dəyirmanına su tökməkdir. Bəziləri məqsədli şəkildə, kimisi də axara düşüb ədalət təmsilçiliyini qabardır. Haqsız da deyillər. Cari mövsümdə şübhəli hakimlik təyinatları ilə bağlı mediada yazılar dərc olunub. Amma çi fayda. Görünməyən əl və ya əlöpənlərin təyinatlara müdaxiləsi hiss olunur. O da sirr deyil ki, “Sumqayıt”, “Araz Naxçıvan”, “Səbail” kimi klublar, keçmiş icraçı vitse-prezident, baş katib Elxan Məmmədovun  kurasiyasında olub. Ötən mövsüm “Sumqayıt”ın, indi isə “Araz-Naxçıvan”ın hakim himayəsində olması yeni xəbər deyil. Ən son XXV turda “Sabah” – “Araz-Naxçıvan” oyununda hakimin, VAR-ın (“Sabah”ın qapısına) penalti epizodunda susması, şəxsən mənə şübhəlidir. Bəli, naxçıvanlılar ev sahibindən daha yaxşı təsir bağışlayırdılar, amma futbolda hər zaman güclü olan, yaxşı oynayan qalib gəlmir. Məhz dünənki hakimlik “Araz-Naxçıvan”ın qızıla bərabər xal qazanmasına yardımçı oldu. Vəziyyəti o duruma çatdırıblar ki, penalti verilsəydi, “hakimlər “Sabah”a yardım edir” deyiləcəkdi. Haqlı olan haqsız duruma düşür,  hakimliyə, idarəçiliyə, təyinatlara inam itir. Növbəti turlarda “Səbail”in, “Sumqayıt”ın vəziyyətdən çıxarılması üçün daha biabırçı hakimlik olsa, təəcüblənmərəm. 

AFFA rəhbərliyi daha radikal addımlar, köklü "təmizləmələr" aparmazsa, görülən, görüləcək işlər sürüklənən xaos, inamsızlıq fonunda itib-batacaq. 

Ümidliyik! Azərbaycan futbolunun dilini, içini, ruhunu bilən kadrlardan istifadə etməklə işıq gələn tərəfə getmək lazımdı. İctimaiyyət hələ də sizə inanır. Ümid sonda ölür. Hələ son deyil...

Əli Sahib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://fanat.az
archiveBu xəbər 05 Mart 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri