Icma.az
close
up
RU
Oyun qaydasızdır: AFFA, hakimlər və görünməyən güclər

Oyun qaydasızdır: AFFA, hakimlər və görünməyən güclər

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son bir il ərzində Azərbaycan futbolunda bir sıra mühüm qərarlar qəbul olunub və yeniliklər tətbiq edilib. Bütün bu addımlar ölkə futbolunun dayanıqlı inkişafına və beynəlxalq arenada daha rəqabətli olmasına xidmət edir. Yeniliklərin təsiri artıq hiss olunmağa başlayıb. Futbol ictimaiyyəti bu qərarların gələcəkdə daha böyük uğurlar gətirəcəyinə inanır. 

Amma...

Əmma həmişə olub, belə görünür ki, yenə də olacaq. Sanki görünməyən bir əl gedən prosesləri durdurmaqla, ləngitməklə, aranı qatmaqla, qarşıdurma yaratmaqla məşğuldur. Əl sahibi məlumdur! Vaxtı ilə bizim dərvişlər Parisi “partladır”dısa, indi Müsyö Elxan futbolumuza barıt qoydurmaqla (!) məşğuldur. Təbii ki, tək əldən səs çıxmaz, əgər Bakıda o əli öpənlər olmazsa. 

Nədənsə yeni rəhbərlik AFFA-da, klublarda, ümumiyyətlə idarəçilikdə keçmiş rəhbərliyə “ləbbeyk” deyənlərdən qurtulmağa çalışmır. Ən azı kənardan belə görünür. Çalışırlarsa da, çox ləngdir və nəzərəçarpacaq qədər deyil. Hələ də köhnələrin əmrində amadə ən azı 3-4 klub, bir federasiya və qərargahda – AFFA-da oturan onlarla kadrlar var. Hər kəs zamanını gözləyir. 

Məqsəd məlumdur – gələcək seçkilərdə AFFA-da “saray çevrilişi”. Səbəb də məlumdur – ildə ən azı 150 milyon manatdan çox dövriyyəsi olan futbolumuzu yenidən reytinqlərin dibinə soxub-çıxartmamaq. "Azərbaycanda futbolçu yoxdur" deyib erməni dostları olan eddiləri milliləşdirmək, 6-7 ilə 20-30 milyonu foqtslara peşkəş etmək. Ən gülməlisi faydasız almanların gəlib bizə futbol öyrətməsi yox, bizim Almaniyada futbol akademiyası açıb onların uşaqlarını yetişdirmək istəyimiz idi. Bir alman niyə uşağını Berlində “Azərbaycan Futbol Akademiya”sına qoysun? Lap məşhur filmimizdə deyildiyi kimi: “Görəsən monqol turistləri monqol dublyonkasını niyə burdan alır?” 

Qısası, futbolumuzun balını yeyib zəhərini bizə saxladılar. Səfasını çəkib, cəfasını bizə verdilər. 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına ayrılan pulları havaya sovurdular. Biz hava udduq, onlar Havaya bilet.

İndi nə baş verir?

Sirr deyil ki, “AFFA-nın inkişaf strategiyası”nın həyata keçirilməsi sanballı maliyyə və zaman tələb edir. Bu zaman ərzində istər mediada, istərsə də meydanlarda, lap AFFA-nın içində də Paris qoxulu əməllərin şahidi olacağıq. İnanmadığınız, ummadığınız, söhbətlərə, proseslərə “fransız” qalanlar hərəkətə keçəcək.  

Hazırda hakimliklə bağlı yaranan narazılıqlar, əslində köhnələrin dəyirmanına su tökməkdir. Bəziləri məqsədli şəkildə, kimisi də axara düşüb ədalət təmsilçiliyini qabardır. Haqsız da deyillər. Cari mövsümdə şübhəli hakimlik təyinatları ilə bağlı mediada yazılar dərc olunub. Amma çi fayda. Görünməyən əl və ya əlöpənlərin təyinatlara müdaxiləsi hiss olunur. O da sirr deyil ki, “Sumqayıt”, “Araz Naxçıvan”, “Səbail” kimi klublar, keçmiş icraçı vitse-prezident, baş katib Elxan Məmmədovun  kurasiyasında olub. Ötən mövsüm “Sumqayıt”ın, indi isə “Araz-Naxçıvan”ın hakim himayəsində olması yeni xəbər deyil. Ən son XXV turda “Sabah” – “Araz-Naxçıvan” oyununda hakimin, VAR-ın (“Araz-Naxçıvan”ın qapısına) penalti epizodunda susması, şəxsən mənə şübhəlidir. Bəli, naxçıvanlılar ev sahibindən daha yaxşı təsir bağışlayırdılar, amma futbolda hər zaman güclü olan, yaxşı oynayan qalib gəlmir. Məhz dünənki hakimlik “Araz-Naxçıvan”ın qızıla bərabər xal qazanmasına yardımçı oldu. Vəziyyəti o duruma çatdırıblar ki, penalti verilsəydi, “hakimlər “Sabah”a yardım edir” deyiləcəkdi. Haqlı olan haqsız duruma düşür,  hakimliyə, idarəçiliyə, təyinatlara inam itir. Növbəti turlarda “Səbail”in, “Sumqayıt”ın vəziyyətdən çıxarılması üçün daha biabırçı hakimlik olsa, təəcüblənmərəm. 

AFFA rəhbərliyi daha radikal addımlar, köklü "təmizləmələr" aparmazsa, görülən, görüləcək işlər sürüklənən xaos, inamsızlıq fonunda itib-batacaq. 

Ümidliyik! Azərbaycan futbolunun dilini, içini, ruhunu bilən kadrlardan istifadə etməklə işıq gələn tərəfə getmək lazımdı. İctimaiyyət hələ də sizə inanır. Ümid sonda ölür. Hələ son deyil...

Əli Sahib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://fanat.az
archiveBu xəbər 10 Mart 2025 03:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri