Oyun zamanı barmağı qopdu, xəstəxanaya belə aparıldı Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qalatasaray” səfərdə “Liverpul”la qarşılaşıb. Görüş zamanı İstanbul təmsilçisi üçün xoşagəlməz hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, matçın 76-cı dəqiqəsində sol cinahda topu qəbul edən Noa Lanq son xəttə qədər irəliləyərək ötürmə verməyə çalışsa da, epizodun davamında reklam lövhələrinə çırpılıb və yerə yıxılıb.
Hadisədən sonra futbolçunun barmağında ciddi zədə yarandığı bildirilib. Niderlandlı oyunçunun barmağında qopma qeydə alınıb və o, meydanı xərəkdə tərk edib.
82-ci dəqiqədə Mauro İkardi zədələnən Noa Lanqın əvəzinə oyuna daxil olub. “Liverpul” azarkeşləri meydanı tərk edən futbolçunu ayaqda alqışlayaraq ona dəstək göstəriblər.
Oyundan sonra “Qalatasaray”ın baş məşqçisi Okan Buruk futbolçunun vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, Noa Lanqın barmağında ciddi zədə var və oyunçu müayinə üçün “Enfild Roud”dan xəstəxanaya aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 19 Mart 2026 03:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















