Oyunçular məşqçidən narazı olanda bu, çox açıq şəkildə görünür Alonsonun Real dan gedişi barədə
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Real"ın sabiq yarımmüdafiəçisi Quti Xabi Alonsonun Madrid klubundan ayrılmasını şərh edib.
Sportal.az xəbər verir ki, daha öncə qeyd etdiyimiz kimi, "kral klubu"nun baş məşqçisi ilə müqavilə tərəflərin qarşılıqlı razılaşması əsasında ləğv olunub.
"Xabi dövründə paltardəyişmə otağındakı ab-havanı hiss etmirdim, amma doğrudur ki, oyunçular paltardəyişmə otağında özlərini rahat hiss etməyəndə, məşqçidən narazı olanda bu, dərhal nəzərə çarpır və bu, çox açıq görünür, təkcə məşqlərdə yox, həm də oyunlarda. Düşünürəm ki, Xabinin məhz indi getməsinə səbəb olan da bu oldu.
Oyun üslubu və ya komandanın onun rəhbərliyi altında meydanda gördüyü işlər barədə danışsaq, az əvvəl statistikaya baxdım. Orada göstərilir ki, “Barselona”nın baş məşqçisi Flik 34 oyun keçirərək Xabi Alonso ilə eyni nəticələri göstərib. Bu da o deməkdir ki, qələbələrin sayı baxımından vəziyyət pis deyildi. Amma doğrudur ki, onun paltardəyişmə otağına uyğunlaşmadığı barədə çoxlu söz-söhbətlər dolaşırdı."– deyə Quti "DAZN" efirində bildirib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 Yanvar 2026 01:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















