Xabi Alonsonun gedişi futbolçuları şoka salıb
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Madridin “Real” klubunda baş məşqçi Xabi Alonsonun gedişi futbolçular üçün gözlənilməz olub.
QOL.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilib ki, İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesablı məğlubiyyətdən sonra komandada sakit atmosfer hökm sürüb və futbolçular bu mərhələdə məşqçinin istefasını qətiyyən gözləməyiblər.
Məlumata görə, finaldan sonra oyunçular Xabi Alonsonun komandada qalmasını artıq bir reallıq kimi qəbul ediblər. Rəhbərliyin baş məşqçi dəyişikliyi ilə bağlı hər hansı narahatlıq doğuran addımı və ya işarəsi olmayıb. Əksinə, klub layihənin davam etdiyini, Alonsonun rəhbərlik tərəfindən tam dəstəkləndiyini nümayiş etdirib. Bu, mükafatlandırma mərasimində klub prezidenti ilə baş məşqçinin bir-birini qucaqlaması ilə də təsdiqlənib.
Elə buna görə də Alonsonun gedişi komanda üçün əsl şok olub. Bəzi futbolçular özəl söhbətlərdə bildiriblər ki, baş verən dəyişiklikdən yalnız klubun rəsmi açıqlamasından xəbər tutublar və onlara əvvəlcədən heç bir məlumat verilməyib. Mənbə qeyd edir ki, son həftələrdə baş məşqçi ilə soyunub-geyinmə otağı arasındakı münasibətlər daha da yaxşılaşmışdı.
Qeyd edək ki, Xabi Alonso son 10 ildə “Real”ın baş məşqçiləri arasında ən yüksək qələbə faizi olan mütəxəssisdir. O, keçirdiyi oyunların 71 faizində qalib gəlib. Bu göstəricidə Karlo Ançelotti (68,8 faiz) ikinci, Zinəddin Zidan (60,5 faiz) isə üçüncü yerdədir.
Bəzi məlumatlara görə isə Alonso son dövrlərdə soyunub-geyinmə otağında artan hörmətsizlik və futbolçuların eqoizmi səbəbindən ciddi şəkildə yorulubmuş. Bundan başqa, o, klub rəhbərliyi tərəfindən son aylarda kifayət qədər dəstək görmədiyini də düşünürmüş.
Baxış sayı:33
Bu xəbər 13 Yanvar 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















