Icma.az
close
up
RU
Oyunçularımla fəxr edirəm Jorj Kaşkilya

Oyunçularımla fəxr edirəm Jorj Kaşkilya

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"İmişli" Misli Premyer Liqasının 10-cu turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunçularımla fəxr edirəm. "Qarabağ" kimi güclü komandaya qarşı bu səviyyədə futbol oynadıq. Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik. Yaxşı hazırlaşmışdıq. Bilirdik ki, "Qarabağ"ın güclü tərəfi nədir. Keyfiyyətli oyunçuları var, gözləyirdik ki, arxada boşluqları olacaq. İlk hissədə taktiki cəhətdən hər şey düzgün idi. İki epizodu əldən verdik, rəqibin hücumlarının qarşısını ala bildik. Qol vura bilmədik. Qol vura bilmirsənsə, əksi olur. İkinci hissədə bilirdik ki, bizi çətin anlar gözləyir. "Qarabağ" yüksək pressinq edəcəkdi, təzyiq göstərəcəkdi. Buna hazır idik. İlk qolu buraxdıqdan sonra taktiki cəhətdən dəyişiklik etmək istədik ki, qol vuraq. "Qarabağ"ın yüksək sürətli, texnikalı oyunçuları bundan istifadə edib, bizə 2-ci qolu vurdular. Uduzduğumuza görə, məyusuq. Amma oyunumuzdan razıyam. "Qarabağ" kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir. Onları təbrik edirəm, uğurlar arzulayıram.

- Dioqo Almeyda ilk hissədə iki epizodu dəyərləndirə bilmədiyi üçün onu əvəzləyəcəyinizi gözləmək olardı. Amma görünür ki, komandanız mərkəz hücumçusu baxımından əziyyət çəkir. Bu haqda fikriniz necədir?

- Futbolda normal haldır. Almeyda əla oyunçudur, bu matçı da yaxşı oynadı. Bizim üçün vacib futbolçudur. Topu irəlidə saxlaya bilir, rəqib qapısı qarşısında təhlükəli anlar yaradır. Onu dəyişməməyimizin səbəbi başqa oyunçunun olmaması deyil, taktiki məsələdir. Dioqonun meydanda qalması doğru idi.

- Siz kubok oyununa çıxmışdınız, amma "Qarabağ" istirahət etmişdi, daha təravətli idilər. Bu məqam sizə nə dərəcədə təsir etdi?

- Azərbaycan futbolunda "Qarabağ" piramidanın ucundadırsa, biz kiçik komandayıq, piramidadın alt hissəsindəyik. "Qarabağ"ın yüksək səviyyəli oyunçuları olduğu üçün əvəzetmələri rahat edirlər. Bizdə çətindir. Rotasiyalarımız "Qarabağ"dakı kimi deyil. Birinci hissədə gözəl oynadıq, yaxşı mübarizə apardıq. "Qarabağ" bizdən daha böyük klubdur.

- Penaltini Almeyda qazansa da, Juninyo yerinə yetirdi. Bu, sizin qərarınızdır?

- Bəli, mənim seçimdir. "Qaradağ Lökbatan"la görüşdə də penaltini Juninyo vurmuşdu. Bu, oyunçuda özünəinamı artırır.

- Bu oyun Qubada keçirilməli idi, amma matçın "Azərsun Arena"da keçirilməsinə razılıq verdiniz. "Qarabağ"ın yol yorğunu olmasının qarşısını aldınız. Matç Qubada keçirilsəydi, nəticə fərqli ola bilərdi?

- Cavab verə bilmərəm. Orada oynadıq, ya burada oynadıq, "Qarabağ" güclü komandadır. Cavabı yoxdur məndə. Orada necə olacağını deyə bilmərəm.

- Ümumiyyətlə, Qubada özünüzü meydan sahibi kimi hiss edə bilirsiz?

- Mən məşqçiyəm, bu dəyişiklik baş verəndə, bizimkilər "Qarabağ"a köməklik etmək istədi. Ev məsələsinə gəldikdə, biz səfərdə 4 matçın 3-də qalib gəlmişik. Bu, onu göstərir ki, səfərdə də güclüyük. Azarkeşlərimiz necə ki, Qubadakı oyunlara gəlirlər, eləcə də səfər görüşlərində də bizə dəstək olurlar.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://fanat.az
archiveBu xəbər 31 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri