Icma.az
close
up
RU
Jorj Kaşkilya: Ayağında sınıq var

Jorj Kaşkilya: Ayağında sınıq var

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İmişli" Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün çətin durumdur. Vüsal Qənbərov ağır zədə aldı. Bu, komandaya psixoloji cəhətdən mənfi təsir etdi. İlk yarıda bərabər oyun gedirdi. Birinci hissənin sonunda bizə qol lazım idi, onu da vurduq. Fasilədə uşaqlarla söhbət etdik. Bütün oyunçular Vüsalı düşünürdü. Onlar üçün toparlanmaq çətin idi. Söhbərlərdən sonra futbolçuları oyuna kökləyə bildik. 3 qol vurduq. Daha da çox vura bilərdik. Hamımız Vüsalı düşünürük. Qalibiyyətə layiq idik. Hamımız qələbəni Vüsal Qənbərova həsr edirik.

- Vüsal Qənbərovun zədəsi ilə  bağlı məlumat verə bilərsiz?

- Ayağında sınıq var. Sınığın nə dərəcədə olduğunu hələ ki bilmirik. Tibbi müayinədən sonra dəqiq biləcəyik.

- İkinci hissəfə Juninyo və Almeyda bir neçə epizodu dəyərləndirə bilmədi. Oyun bitəndən sonra onlarla söhbət etdiniz?

- Xəzər Mahmudov və İdris İnqilablının da qol epizodları var idi. Bu cür epizodları yarada bildiyimiz üçün şadam. Amma bunları dəyərləndirmək vacibdir. Məşqlərdə bunun üzərində çalışacağıq.

- Sizcə, Premyer Lliqada qalmaq üçün nə qədər xal toplamaq lazımdır?

- Ötən mövsümlə müqayisədə Premyer Liqada komanda sayı artıb. Bizim məqsədimiz xal saymaq yox, hər oyunda xal qazanmaqdır. Biz sürpriz komandayıq. Aşağı liqadan gəlsək də, kifayət qədər xal toplaya bilmişik. Texniki məğlubiyyəti saymasaq, komanda olaraq meydanda 15 xal qazanmışıq. 30 xalı düşünmək fikrimiz yoxdur.

- Növbəti turda rəqibiniz "Qarabağ" olacaq. Onlara qarşı xüsusi planınız var?

- Planları oyundan-oyuna qururuq. "Qarabağ"la matçdan əvvəl kubok oyunumuz var. Bütün diqqətimiz həmin qarşılaşmadadır. Daha sonra "Qarabağ"ı düşünəcəyik. Əlbəttə ki, "Qarabağ" çox güclüdür, onlarla oyun çətin olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sport24.az
archiveBu xəbər 24 Oktyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri