Icma.az
close
up
RU
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? Video

Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, 51 yaşlı Ucar rayon Alpout kənd sakini Vidadi İsgəndərov mayın 5-də Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyatdan sonra vəfat edib.  

“Qafqazinfo” xəbər verir ki, “ATV”yə danışan mərhumun ailə üzvlərinin sözlərinə görə, o, lazimi müayinələrdən keçib, ölümünə səbəb isə həkim səhlənkarlığı olub. 

Mərhumun qonşusu Qılman Tağıyev deyir ki, səhər onu özləri Göyçaya yola salıblar: “Varikozdan əməliyyata gedirdi. Günorta saat 12-də də xəbər gəldi ki, vəfat edib”.

Qardaşı Ağayar İsgəndərov isə bildirir ki, mərhuma narkoz verilib, narkozdan da ayılmayıb: “Bizə dedilər ki, müayinələrdən keçirmişik, ürəyi də, ciyəri də salamatdır. Çıxandan sonra isə soruşdum ki, niyə ona narkoz verdiniz? Dedilər ki, “narkozsuz əməliyyat olmaz”. 

V. İsgəndərovun həyat yoldaşı Nuranə Hacıyevanın sözlərinə əsasən, evdən sənədi götürüb xəstəxanaya gedənə qədər əri artıq əməliyyata salınıb: “Əməliyyatdan əvvəl sənədləri həkimə verdim. Həkim məndən UZİ kağızını istədi. Qayıdıb evdən götürüb getdim. Gördüm artıq əməliyyata salıblar. 10-15 dəqiqədən sonra həkim çıxıb soruşdu ki, “bunda ürək xəstəliyi var idi?” Mən də bildirdim ki, dəfələrlə müayinələrdən keçib, heç bir problemi olmayıb. Həkim də dedi ki, əməliyyat etmişik. Əməliyyatdan sonra ürəyi dayandı”. 

Məsələ ilə bağlı Göyçay Rayon Mərkəzi Xəstəxanasından müayinələr zamanı mərhumun ürəyində hər hansı problemin olmadığını təsdiq ediblər. Reanimatoloq-anestezioloq Solmaz Hüseynova onun ölüm səbəbini belə izah edib: “1974-cü il təvəllüdlü kişi “iki tərəfli varikosel” diaqnozu ilə əməliyyata qəbul edilib. Əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib. Həmçinin əməliyyat zamanı həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb. Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi “ağciyər arteriyasının trombemboliyası” diaqnozu ehtimal olunur”.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri