Mirça Luçesku xəstəxanadan çıxdı
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku xəstəxanadan çıxıb. Sport24.az xəbər verir ki, bu barədə "Fanat1k" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, 80 yaşlı mütəxəssis bazar günü tibbi müayinədən keçib. Bundan sonra həkimlər bütün test nəticələri əla olduğundan onun xəstəxanadan çıxmasına icazə veriblər.
Luçeskunun tezliklə işə qayıdacağı və millinin martın 26-da Türkiyəyə qarşı keçiriəcəyi DÇ -2026-nın seçmə oyununa hazırlamağa davam edəcəyi gözlənilir.
Qeyd edək ki, 80 yaşlı Luçesku səhhətinin pisləşməsi və ürək problemləri səbəbindən yanvarın sonlarında təcili olaraq Rumıniyada xəstəxanaya yerləşdirilib.
Baxış sayı:111
Bu xəbər 10 Fevral 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















