Icma.az
close
up
RU
“Öz biznesinin sahibi ol!” İnvestisiya məsləhətləri

“Öz biznesinin sahibi ol!” İnvestisiya məsləhətləri

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Son illər Azərbaycanda sahibkarlıq ruhunun artması müşahidə olunur. İnsanlar artıq yalnız maaşlı işlə kifayətlənmir, öz bizneslərini qurmaq, sərbəst işləmək və pul qazanmaq istəyirlər. Bu prosesdə isə tez-tez bizə verilən əsas suallardan biri budur: "Kiçik sahibkar olaraq hansı sahəyə yatırım etməliyəm?" Bu yazıda biznes konsultant və hüquqşünas olaraq şəxsi müşahidə və təcrübəmdən çıxış edərək, həm bu suala cavab verməyə çalışacağam, həm də praktiki istiqamətlər göstərəcəyəm. 
Əvvəlcə onu deyim ki, investisiya yalnız hansısa sahıyə pul yatırmaq deyil. Bu, həm də zaman, zəhmət və risk deməkdir. Ona görə də “haraya pul qoyum” sualı qədər “nəyi bacarıram?” sualı da vacibdir. Kiçik sahibkar üçün ən uğurlu investisiya həm maddi resurslarına, həm də bacarıqlarına uyğun olan sahəyə yatırım etməkdir. Biznesə başlamaq üçün öncə bacarıqlarınızı və maraqlarınızı analiz etməyə, əlinizdə olan resursları dəqiq müəyyən etməyə ehtiyac var. Pul, vaxt, fiziki imkanlar, əlaqələr bunlar sizin real bazanızdır. Yatırım edərkən risklər doğru qiymətləndirilməlidir. Kiçik sərmayə ilə böyük riskə girmək sizi sürətli itkilərə apa bilər. Bu zaman mütləq yerli bazar öyrənilməlidir. Tələbat olmayan sahəyə yatırım etmək susuz yerdə göl yaratmağa bənzəyir. “Kiçik başlayın, amma böyük düşünün!” isə sizin əsas deviziniz olmalıdır. Əsas olan başlamaqdır, uğur zamanla gəlir. Perspektivli, gəlirli sahələrə gəlincə, bunlardan biri kənd təsərrüfatı və aqrar emal sektorudur. Əgər siz kənd yerində yaşayırsınızsa və ya torpaq sahəsinə sahibsinizsə, bu sahə sizin üçün çox əlverişli ola bilər. Arıçılıq, istixana, fındıqçılıq kimi istiqamətlər az riskli və dövlət dəstəyi olan sahələrdir. Bu sahəyə dövlət tərəfindən subsidiyalar, güzəştli kreditlər ayrılır. Daxili bazarda və ixracda artan tələbat, emal imkanları ilə gəlirliliyin artırılması da sahəni investorlar üçün cəlbedici edir. Bundan başqa, son zamanlar əllə hazırlanan məhsullar bazarda daha çox dəyər görür. Ev şəraitində hazırlanan mürəbbələr, konservlər, çörək məhsulları və hətta təbii kosmetik məhsullar az xərclə, yüksək qazanc təmin edə bilər. Amma bir şərtlə ki, keyfiyyət və qablaşdırma sizi digərlərindən fərqləndirsin. 
İndi ən popular sahə onlayn ticarətdir. Sosial mediaya bələdliyiniz varsa onlayn ticarət sahəsində uğur qazanmaq üçün real potensialınız var deməkdir. Dropshipping modeli ilə stok saxlamadan satış edə bilərsiniz. Aşağı ilkin xərc, genişlənən bazar və hədəfli reklam imkanları bu sahədə uğuru təmin edir. Xidmət sahəsinə gəlincə, əhaliyə xidmət göstərən sahələr məsələn, gözəllik, təmir, tədris daima aktualdır. Burada əsas olan etibar və keyfiyyətdir. Əgər müəllimsinizsə, onlayn və ya evdə hazırlıq kursları aça bilərsiniz. Bununla sabit gəlir əldə etmək olar. İstifadənizdə artıq olan texnika, tədbir aksesuarları və ya avadanlıqlar varsa, onları icarəyə verməklə də passiv gəlir formalaşdıra bilərsiniz və sairə. 
Yəni, hazırda ən müxtəlif sahələrə yatırım edə, öz biznesinizi qura bilərsiniz. Amma bütün hallarda rəsmi fəaliyyət göstərmək vacidbir. Müşahidələr göstərir ki, kiçik sahibkarlıq sahəsində fəaliyyətə başlayan şəxslər çox zaman qeyri-rəsmi işləməyi seçirlər. Lakin bu, bir sıra risklər doğurur. Vergidən yayınma və cərimə təhlükələri, müştəri və ya tərəfdaşlarla hüquqi mübahisələr, kredit almaqda çətinliklər, dövlət proqramlarından yararlana bilməmək qeyri-rəsmi fəaliyyətin riskləridir. Buna görə, fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi - fərdi sahibkar kimi qeydiyyatdan keçmək şərtdir. Bu, həm sizi risklərdən qoruyacaq, həm də gələcəkdə böyüməyiniz üçün zəmin yaradacaq. Nəticə olaraq uğurlu investisiya düzgün qərarla başlayır. Kiçik sahibkar üçün ən böyük risk isə plansızlıqdır. Böyük kapitalın olmaması sizin zəif yeriniz deyil, əksinə daha ağıllı və ehtiyatlı qərarlar verməyiniz üçün fürsətdir. Unutmayın ki, hər böyük biznes bir vaxtlar sadə ideya idi. 
Çinarə Ağayeva, 
Biznes konsultant
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Avqust 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri