Icma.az
close
up
RU
Öz dilində danış ... Azərbaycanda ana dilinin tədris keyfiyyətinin və saatının artırılmasına ehtiyac var

Öz dilində danış ... Azərbaycanda ana dilinin tədris keyfiyyətinin və saatının artırılmasına ehtiyac var

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

21 fevral - Beynəlxalq Ana Dili Günü 1999-cu ildə Banqladeş hökumətinin təşəbbüsü ilə UNESCO fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Bu gün Benqal dilinin Banqladeşin rəsmi dili kimi tanınmasını təmin etmək üçün canlarını verənlər xatırlanır.

Beynəlxalq Ana Dili Günü dil və mədəni müxtəlifliyi təşviq etmək üçün qeyd olunur.

Dillər fərdlərin və insan qruplarının şəxsiyyətinin və onların dinc yanaşı yaşamasının təmin edilməsində mühüm rol oynayır. Onlar davamlı inkişafa və qlobal və yerli şərait arasında ahəngdar münasibətlərə nail olmaqda irəliləyiş üçün strateji amillərdən biri kimi çıxış edirlər.

Bəs biz azərbaycanlılar Azərbaycan dilini yaxşı bilriikmi?Azərbaycan dili yüksək səviyyədə tədris edilirmi?

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan dili ilə bağlı qeyd edirdi ki, “hər bir xalq öz dili ilə yaranır və bu dili inkişaf etdirmək, o dili yaşatmaq, o dili bütövlükdə qorumaq, bu, həm elm adamlarının, bilik adamlarının, həm də təhsilin vəzifəsidir”.

İlqar Orucov

“Eyni zamanda, bu, Azərbaycan dövlətinin, Konstitusiyasının təməl prinsiplərindəndir. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası dövlət dilinin inkişafını təmin edir. Bu, Konstitusiyada konkret şəkildə qeyd edilib”-deyə İlqar Orucov qeyd edib.

Biz Azərbaycan məktəblərində, Azərbaycan dilinin tədrisi üzrə istədiyimizə nail ola bilmişikmi?

İlqar Orucov hesab edir ki, biz istədiyimizə nail olmamışıq: “Bu istiqamətdə, təbii ki, çoxlu işlər görülür. Çoxlu müsbət dəyişikliklərə səbəb ola biləcək fəaliyyətlər mövcuddur. Amma ümumilikdə, Azərbaycan dilini istədiyimiz səviyyədə tədris edə bilmirik. Burada söhbət dilin normalar çərçivəsində insanlar tərəfindən düzgün mənimsənilməsindən gedir.Təbii ki, dil ümumilikdə həm də Azərbaycan Respublikasında yaşayan bütün vətəndaşları əhatə edir. Söhbət ölkə daxilində gedirsə, onun əhatə dairəsi ölkədə yaşayan bütün xalqlara və bütün insanlara aiddir. Bu baxımdan biz gəlin baxaq görək, ümumilikdə dilin vəziyyəti bizim ölkəmizdə nə yerdədir? Dövlət təbii ki, normalar qəbul edir. Normativlər bir dilin inkişafı ilə bağlı bütövlükdə hüquqi bazanı formalaşdırıb. Amma biz dilimizi düzgün formada, təbii ki, inkişaf etdirə bilmirik”.

Ekspert hesab edir ki, burada məktəblərin də kifayət qədər məsuliyyəti var, çünki dil həm də millətin varlığının təcəssümüdür və onun göstəricisidir: “Bütövlükdə dil bir xalqın mənəvi və mədəni sərvətidir, həm də bir bəşəri sərvətdir. Bu baxımdan bu insanın formalaşmasında və onun şəxsiyyətinin formalaşmasında dilin müstəsna əhəmiyyəti var”.

İlqar Orucovun fikrincə, dil həm də düşüncə və milli kimlik məsələsidir: “Burada məktəblərin və bu fənni tədris edən müəllimlərin üzərinə çox böyük bir missiya düşür. Bu missiya kifayət qədər müqəddəs bir missiyadır. Çünki Azərbaycan vətəndaşını öz ana dilinə hörmət ruhunda və o dili daha keyfiyyətli, daha yüksək səviyyədə bilmək ruhunda formalaşdırmaq, bir nəsli və ya bir şəxsiyyəti formalaşdırmaq böyük missiyadır”.

İlqar Orucov qeyd edib ki, məktəblərdə dil tədrisi üzrə dərs saatlarının artırılmasına həqiqətən ehtiyac var, eyni zamanda burada dil dərslərini tədris edən müəllimlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına və davamlı olaraq müəllimlərin peşəkar inkişafına hədəflənmiş işlərin görülməsi çox önəmlidir.

Ekspert vurğulayıb ki, dərslik məsələsi və proqram məzmunu da çox önəmlidir. İlqar Orucovun fikrincə, bunları təkmilləşdirməyə çox ciddi ehtiyac var.

“Biz xarici dillərin tədrisində istifadə olunan qabaqcıl metodlara nəzər salanda görürük ki, Azərbaycan vətəndaşı istədiyi zaman xarici dili öyrənə bilir və eyni zamanda bunu yaxşı səviyyədə öyrənə bilir. Deməli, həmin şəxs öz ana dilini, öz dövlətinin dilini də öyrənə bilər. Biz istədiyimiz formada dövlət dilinin şagirdlərimiz arasında öyrənilməsini bacara bilərik. Yetər ki, dərsliklər mükəmməl olsun, müəllimlər peşəkar olsun və eyni zamanda dərs saatları kifayət qədər lazımi səviyyədə olsun. Sizi fikirləşməyin ki, bizim dövlət dilimiz olmayan dillərdə tədris aparan məktəblərdə bu vəziyyət acınacaqlıdır. Azərbaycandilli məktəblərdə də kifayət qədər bu istiqamətdə problemlər var. Azərbaycan dilinin qrammatik qayda-qanunlarının öyrədilməsi olduqca önəmlidir”-deyə İlqar Orucov qeyd edib.

Təhsil eksperti hesab edir ki, dil həm də öz dilində yazı və nitq mədəniyyətinin formalaşması deməkdir, həmçinin özünüifadə bacarığının təkmilləşməsi deməkdir.

İlqar Orucovun fikrincə, dövlət dilinin qorunması ilk növbədə dövlətin və bu işə cavabdeh olan qurumların borcudur: “Bununla yanaşı dövlət dilinin gələcək nəsillər tərəfindən mənimsənilməsi, həm də ailənin borcudur. Bu istiqamətdə, cəmiyyətin aparıcı təbəqəsi, ziyalılar, elm və təhsil adamları mütləq şəkildə səfərbər olmalıdır. Burada mətbuatın da çox böyük önəmi və çox böyük rolu var”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Fevral 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri