Icma.az
close
up
RU
“Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”

“Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Bu gün sahib olduğumuz bu böyük milli varlığın yaşı min illərlə ölçülür, deməli, hər sözümüz, hər kəlməmiz bir tarixdir. Tarixlərin sınağından çıxmış, mədəniyyətimizin müxtəlif qollarını yaratmış almaz düzümlü dilimiz milli ruhumuzun bərqərar olduğu milli-mənəvi dəyərimizdir. Tarixi keçmişimizə nəzər salsaq görərik ki, zaman-zaman ana dilimizə qarşı yad təsirlər olunub, məhv edilməyə, unutdurulmağa səy edilib. Bu deyilən problemlər bizim üçün bir də sovet dövründə yaranıb. Belə ki, rus imperiyasının siyasi-mənəvi varisi olan sovet imperiyası ucqarlarda manqurtlaşma siyasəti apararaq öncə ana dilini məhv etmək və milli-mənəvi dəyərləri şikəst etmək məqsədini güdürdü. Bu məqsəddən irəli gələrək Azərbaycanda da bu xain, mənfur siyasətin nəticəsində ana dilimizi unutdurulmağa çalışılmış, adı dəfələrlə yad ünsürlərlə adlandırılaraq dəyişdirilmiş, əlifbası tez-tez dəyişmələrə məruz qalmışdır.

Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Bizim milli varlığımız olan ana dilimizin başının üstünü almış təhlükəni də millətdən uzaqlaşdıran, dilin statusunu özünə qaytaran, ona yeni həyat verən məhz Ümummilli lider Heydər Əliyev oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ilin iyul ayında hakimiyyətə gələndən sonra bu məsələlərə çox diqqətlə yanaşılmış, onların milli mənafedən həlli məsələləri ön planda dayanmışdır. Heydər Əliyev ağıl və cəsarətlə ilk növbədə Azərbaycan dilinin dövlət dili olmasını qanuniləşdirdi. Müstəqillik illərində bu siyasət açıq, kompleks şəkildə, ardıcıl yürüdülməyə başladı. Ulu Öndər ana dilinin milli-tərbiyəvi əhəmiyyətini həmişə üstün tutur və vacib olduğunu bildirirdi. Ümummilli Lider deyirdi: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”.

1995-ci ildə qəbul edilən konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edildi. 2001-ci il iyunun 18-də Prezident Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Ana dilimizin, dövlət dilimizin inkişafı tarixində əvəzedilməz xidmətləri olmuş Ümummilli Liderimiz Heydər Əliyev həm də ana dilimizi sevmək, onu bilmək və yaşatmaq, inkişaf etdirmək məsuliyyətini də bir vəzifə kimi müəyyənləşdirərək hər bir azərbaycanlıya, gələcək nəsillərə əbədiyaşar sözlərilə səslənirdi: “Biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir”.

Səyyad MIRZƏYEV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri