Icma.az
close
up
RU
Öz fikirlərimiz, öz gündəliyimiz var...

Öz fikirlərimiz, öz gündəliyimiz var...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

D-8 üzvlüyümüz ölkəmizin mühüm uğurlarındandır

Özünün xarici siyasət kursunda əməkdaşlıq, tərəfdaşlıq və təhlükəsizlik amillərini ön plana çıxaran Azərbaycan müasir çağırışlara adekvat cavab verməkdədir. Yeni iqtisadi münasibətlər sisteminin formalaşdığı hazırki dövrdə ölkəmiz bir sıra parametrlər üzrə qlobal dünyanın diqqətini cəlb edir. Xüsusilə, beynəlxalq aləmdəki real və praqmatik rolu, qlobal təşəbbüskarlığı, iqtisadi inkişaf dinamikasını sürətləndirməsi, qısa zamanda mühüm sosial-iqtisadi yol qət etməsi, bununla paralel olaraq ərazi bütövlüyünün və suverenliyimizin bərpa olunması Azərbaycan üçün mühüm üstünlüklər yaradır. Prezident İlham Əliyevin yürütdüyü siyasət əməkdaşlığa, qarşılıqlı milli maraqların qorunmasına əsaslandığı üçün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərir, ölkəmizi öz sıralarında görməkdən məmnunluq duyduğunu dilə gətirirlər. Təsadüfi deyil ki, ötən ilin sonunda ölkəmizin D-8 təşkilatına üzv qəbul edilməsi də məhz növbəti diplomatik qələbəmiz sayılır.

Bu, birinci addımdır

Yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın D-8 təşkilatına üzvlüyü məsələsinə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, bu təşkilat müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır: “Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin”.

Bəli, üç qitəni əhatə edən D-8-ə üzvlüyümüz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir.  Vurğulanmalıdır ki, Azərbaycanın ortaya qoyduğu gələcək hədəflər, prioritetlər D-8-in ümumi inkişaf strategiyası ilə üst-üstə düşür. D-8-in hədəflərinin əks olunduğu  “2020-2030 illər yol xəritəsi” təşkilatın güclənməsini və inkişafını hədəfləyir. Yol xəritəsi çərçivəsində üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafı, təhlükəsizlik, sabitlik və rifahın artırılması kimi məqsədlər müəyyən edilib. Azərbaycan da hər zaman yüsək əməkdaşlıq platformasında maraqlıdır. D-8 qrupuna üzvlüyümüz qarşılıqlı şəkildə həm siyasi, həm də iqtisadi əhəmiyyət daşımaqdadır. Yeni siyasi-iqtisadi nizamda özünəməxsus rol oynayacaq dövlətlərin gələcək iqtisadi inkişaf perspektivləri olduqca böyükdür. İqtisadi inkişaf isə özlüyündə siyasi təmərküzləşməni də əhatə edir. Bu mənada, inkişaf etməkdə olan müsəlman ölkələrinin beynəlxalq arenada kollektiv şəkildə çıxış etməsi qlobal məsələlərdə daha təsirli rol oynaya bilər. Prezident İlham Əliyev bildirib ki, biz üzv ölkələrlə daha sıx təmasda olacağıq: “Halbuki bu günə qədər də bütün üzv ölkələrlə bizim çox fəal münasibətlərimiz var. Biz bu qərarı yenə də uğurlarımızın qəbul olunması hesab edirik və yenə də deyirəm, bu, sadəcə olaraq, birinci addımdır. Əsas məsələ D-8-in gələcək fəaliyyəti ilə bağlı olacaq. Əlbəttə ki, bizim öz fikirlərimiz, öz gündəliyimiz var”.

Bu isə öz növbəsində üzv ölkələr arasında həmrəyliyi artırmağa və onların qlobal siyasətdə daha güclü bir mövqe əldə etmələrinə imkan yaradır. Sirr deyil ki, qarşıdakı mərhələdə dünyanın əsas diqqəti məhz yeni siyasi-iqtisadi aktorların yer alacağı regionlara yönələcək. Azərbaycanın son illərdə Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi situasiya və bu siyasi situasiyaya əsaslanan yeni qlobal iqtisadi layihələr olduqca vacib amilə çevrilir. Azərbaycanın D8-ə üzv kimi qəbul edilməsi bu reallıqların dünya ictimaiyyəti, eyni zamanda, müsəlman dünyası tərəfindən açıq şəkildə dərk olunduğunu göstərir.

Namizədliyimizi ilk gündən dəstəkləyən Türkiyə oldu...

Yeri gəlmişkən, bu təşkilat məhz Türkiyənin təşəbbüsü ilə yaradılıb. Təşkilatın təməli 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. O zamandan bəri, təşkilatın liderləri mütəmadi olaraq zirvə görüşləri təşkil edərək, iqtisadi əməkdaşlıq və inkişaf məsələlərini müzakirə edirlər. Son Zirvə Konfransı 19 dekabr 2024-cü ildə Misirdə keçirilib. Bu toplantıda, üzv ölkələr arasında ticarətin artırılması, texnologiya transferi və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi kimi mövzular ön planda olub. Təşkilatın gələcək planları arasında, üzv ölkələrin iqtisadi inteqrasiyasının dərinləşdirilməsi və qlobal iqtisadi sistemdə daha güclü bir mövqe əldə etmək üçün birgə strategiyaların inkişaf etdirilməsi kimi məsələlər yer alır. Dövlət başçımız bildirib ki, bizim namizədliyimizi ilk gündən dəstəkləyən Türkiyə olmuşdur: “Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mən hətta bir dəfə Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də qonaq qismində iştirak etmişdim, təqribən 7-8 il bundan əvvəl. Artıq o vaxtdan bəri Azərbaycanın üzvlüyü ilə bağlı məsələ gündəliyə salınmışdı. Amma təbii ki, bütün üzv ölkələr arasında konsensus olmalıydı və nəhayət, bu konsensus əldə edildi”.

Birinci seçim Azərbaycan oldu...

D-8-ə üzvlük və İslam Əməkdaşlıq Təşkilatındakı fəal fəaliyyət ölkəmizin xarici siyasətində bir-birini tamamlayan elementlər kimi çıxış edir. D-8 üzvlüyümüz bir daha sübut edib ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir. Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasəti bütün İslam dünyasında təqdir olunur. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak edir, hətta ərəb dünyasında da xüsusi hörmətlə qarşılanır. Təsadüfi deyil ki, dövlət başçımız 2022-ci ilin noyabrında Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına fəxri qonaq statusunda qatılmışdı. Həmin tədbirdə də dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə ikitərəfli əməkdaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə xüsusi önəm verir.

Paralel olaraq Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində dünyada sülhün və təhlükəsizliyin təmininə öz töhfəsini verib. Bu xidmətimiz hər zaman yüksək səviyyədə dəyərləndirilir. D-8-ə qoşulmamız ilk növbədə ölkəmizin multilateralizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirir. Beləliklə, bir həqiqət növbəti dəfə təsdiqlənir - Azərbaycanın məyyənləşdirdiyi siyasi hədəflər yalnız Cənubi Qafqaz sərhədləri ilə məhdudlaşmır, daha geniş geocoğrafi anlam daşıyır. Bu, Azərbaycanın təşkilat çərçivəsində həm çoxtərəfli, həm də ikitərəfli formatda əlaqələrinin inkişafına təkan verəcək. Dövlət başçımız bildirib ki, bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik, bəlkə də o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur: “Əlbəttə, burada ölkəmizin həm iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü nəzərə alınıbdır. Bax, dediyim İslam həmrəyliyi ilə bağlı siyasətimiz nəzərə alınıbdır və eyni zamanda, bu təşkilat öz coğrafiyasını da genişləndirir. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq”.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Yanvar 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri