Icma.az
close
up
RU
“Öz kimliyini araşdırsın, xalqla işi olmasın” Sabir Rüstəmxanlı Zərdüşt Əlizadəyə cavab verdi

“Öz kimliyini araşdırsın, xalqla işi olmasın” Sabir Rüstəmxanlı Zərdüşt Əlizadəyə cavab verdi

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


“Azərilərin 80 faizinin türklərlə heç bir əlaqəsi yoxdur – onlar yerli Qafqaz xalqıdır”. Bu sözləri siyasətçi, sosial-demokrat Zərdüşt Əlizadə video-müsahibəsində səsləndirib.

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Z.Əlizadənin fikri ilə bağlı Bakupost.az-a açıqlama verib.
S.Rüstəmxanlı bildirib ki, Azərbaycan türkləri elə yerli Qafqaz xalqıdır:
“Zərdüşt Əlizadə Qafqaz xalqları deyəndə kimləri nəzərdə tutur? Çünki Azərbaycan türklərin böyük əksəriyyəti yerli Qafqaz xalqıdır. Ən qədim dövrlərdən, Albaniya dövlətinin ərazisində yaşayan və antik mənbələrdə adı keçən 26 etnos və ya tayfanın çoxu türklər idi. Bu barədə ciddi dəlil-sübutla yazılmış kitablar var. Zərdüşt Əlizadə bundan xəbərsiz olmaz. Məncə o, atası, hörmətli alimimiz Mübariz Əlizadənin dilimizə çevirdiyi “Şahnamə”ni də vərəqləmiş olar. O əsərin müəllifi Firdovsi fars millətçisi olsa da 2600 il öncə bu bölgədə türklərlə farsların yanası və ara verməyən savaş içində yaşadıqlarını yazıb. Bədii əsər olsa da buradakı türk mövcudluğunu inkar etməyib. Bunu min il öncə yaşamış Firdovsi bacarmayıbsa ondan min il sonra yaşayan Zərdüşt Əlizadə necə bacaracaq? Zərdüşt Əlizadə məncə ağılsız adam deyil. O zaman 20 faiz gəlmə türkün 80 faiz türk olmayan əhalini türkləşdirməsini hansı ağılla deyir? Rusiya imperiyası sayca iyirmi dəfə çox olsa da 200 ildə balaca Azərbaycanı ruslaşdıra bilmədi, bəs biz Qafqazda bunu necə bacardıq? Bacardıqsa, onda Azərbaycanın bu qədər azsaylı xalqları, hətta kiçik Xınalıq kəndi nə yaxşı dilini, kimliyini qoruyub? Çünki etnik coğrafiya məhz Qafqaz türklərinin böyük humanist təbiəti və birləşdirci gücü sayəsində min illərdir dəyişilməyib. Zərdüşt Əlizadə ölkəmizdə bu genetik araşdırmasını nə vaxt aparıb? İndi deyir ki, xarici bir alim bu barədə araşadırma aparıb”.
S.Rüstəmxanlı Zərdüşt Əlizadə və onun kimi düşünənləri ancaq qınamağın mümkün olduğunu vurğulayıb:
“Erməni alimləri də Zətdüşt Əlizadə kimi düşünür və yazırlar. İndi biz Zərdüştü onlardan necə ayıraq? Genetik test aparılsa, Zərdüşt bəyi yerli-dibli itirəcəyimizdən ehtiyat edirəm. Haqqımızda böhtan yazan az idi biri də aramızda dolaşır. Məncə Zərdüşt Əlizadə özünün kimliyi llə maraqlanmalıqır. Xalqla işi olmasın”.
Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Yanvar 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri