Icma.az
close
up
RU
Sabir Rüstəmxanlı fenomeni və ya zəmanəmizin Zərdüşt atası

Sabir Rüstəmxanlı fenomeni və ya zəmanəmizin Zərdüşt atası

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabir  Rüstəmxanlı - 80

(Esse)

Xalq şairi, keçmiş millət vəkili, dəyərli ziyalı, Azadlıq hərəkatının ən böyük liderlərindən,  Türk dünyasının böyük  tədqiqatçılarından, təbliğatçılarından biri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıya həsr edirəm.

Onunla hər dəfə söhbət eləyəndə, təmasda olanda, neyçünsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Ulu Zərdüşt atanı görürəm. Bir vaxtlar tamaşaya hazırladığımız, Sabir Rüstəmxanlının yazdığı "Uzaq əsrlərin həqiqəti" pyesində Zərdüşt ata, el-el, oba-oba gəzərək əllərini göyə qaldırıb imdad, kömək diləyərək deyirdi:

- Ey, Ulu Tanrı! Bu milləti birləşdirmək üçün yol göstər mənə. Yol göstər. Mənə anlat, ən yaxşı həyatın özülü necə qoyulacaq? Ədalət necə qalib gələcək? Zülmkar hakimlərə xalqı sevməyi necə öyrədim? İnsanı yalanla idarə eləyənləri düz yola necə çağırım? Hara qaçım əyriliyin, namərdliyin, nadanlığın, biganəliyin  əlindən? Dözüm ver mənə... Yol göstər... Ey millətim, mən düzlük carçısı olduğumdan, Sizi hökmdardan qorxmamağa, düzlüyə, birliyə  çağırıram. Bilin ki, milləti dörd şey millət edər: BİRLİYİ, QEYRƏTİ, QÜDRƏTİ, MƏDƏNİYYƏTİ...

Cəmi  24 yaşında yazdığı və cavanlıqdan artıq ağsaqqal düşüncəsinə malik olmaqla bu pyesin baş qəhrəmanı Zərdüşt ata – məhz Sabir Rüstəmxanlı özü idi. Axı elə həmin illərdən başlayaraq Sabir Rüstəmxanlı Doğudan Batıya qədər ölkə-ölkə, oba-oba bütün Türk məmləkətlərini gəzərək, türkləri birliyə, həmrəyliyə çağırırdı. Cismən bizdən ayrılıb, torpağa qovuşan, dünyasını dəyişən Zərdüşt atanın da ruhu, elə 24 yaşından Sabir Rüstəmxanlıda yaşayır. Əgər onda həmin ruh olmasaydı, belə cavan yaşında uzaqgörən siyasəti olan  “Uzaq əsrlərin həqiqəti” adlı böyük fəlsəfi dərinliyi olan dramatik bir pyesi yaza bilməzdi.  Bu ruh sonra "Ömür kitabı" ilə ömrümüzdən keçən Vətəni, Vətən torpaqlarını axtarırdı... Deməli, Zərdüşt ata, təkcə öz ömrünü yox, həm də Sabir Rüstəmxanlı ilə yeni bir ömür yaşayır... Uzun illərdir  Monqolustanda 1300 il bundan qabaqkı ilk yazılı ədəbiyyatımızın, Orxon-Yenisey abidələrində kökünü axtarır sabir Rüstəmxalı. "Tanrı" sözünün, "Türk və yer" sözünün, "Oğuz və bəy" sozünün ilk dəfə daşa köçürülmüş incilərini oxuyaraq, gündoğandan günbatana qədər olan ərazidə türk  millətləri ilə, türk xalqları  ilə çörək kəsir, onlarla yol  yoldaşı olur Sabir Rüstəmxanlı. Onları HƏMRƏYLİYƏ, TÜRK XALQLARININ BİRLİYİNƏ çağırır...

Və yenidən özü boyda bir müqəddəs ocaq olan Azərbaycana dönür. O bilir ki, bu müqəddəs  ocaqda çoxlu həqiqət közü yatır. O bilir ki, bu millətin tarixi həqiqətlərinə saysız-hesabsız alabəzək, qara pərdələr çəkilib. Əsl həqiqət isə yadellilərin, işğalçıların və öz millətinin qanına susamış, onu kölə etmək istəyən, ona tarix boyu zülm eləyən, həqiqəti deməyə imkan verməyən qəddar hökmdarların, onların qulbeçələrinin qılıncları, top-tüfəngləri ilə doğranıb, ayaqlar altında didik-didik olub, külü də göyə sovrulub...

Sabir Rüstəmxanlı - Zərdüşt ata, 24 yaşından  dünya boyda sonsuzluğa səpələnmiş və tikə-tikə, parça-parça olmuş Azərbaycan adlı bir kitabın qırıntılarını böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, sonda bu millətin "Ömür kitabı"nı yazıb və hələ də yazır...

Bu gün də tarix dəlalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, kökünü tanıdır. Öz keçmiş həqiqətlərini, əsl tarixini bilməkdə köməklik eləyir. Özü də heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır. Və Cavadxanın dili ilə belə deyir:

Çox sevinmə general! Tarixin səbri dərin.

Sənin də növbən gələr, başını uca tutma!

Qanlarına bələnmiş bu məğrur igidlərin

Heç kimə borcları yox! Həqiqəti unutma!..

Millətim bağışlamaz axıtdığın bu qanı -

Qardaşın qardaş üçün ağladığı vaxt olar.

Vətənimin köksündə açdığın bu yaranı

İntiqam məlhəminin bağladığı vaxt olar!..

Sabir Rüstəmxanlı - Zərdüşt ata, oba-oba, el-el gəzərək türkləri Qan yaddaşını unutmamağa çağırır. Bunun üçünsə milləti HƏMRƏYLİYƏ, BİRLİYƏ çağıraraq Ulu Tanrıdan kömək diləyir. Gözü qarşısında baş verən haqsızlıqları, tayfabazlığı, qəddarlığı, qanunsuzluğu, xalq malının talan edilməsini, xaosu, hərc-mərcliyi, hegemonluğu  gördükdə bu dərdlərdən qurtulmaq üçün ürək ağrısı ilə deyir:

Yolsuz zirvə, yolsuz dərə,

Ümid olub yol bizlərə,

Allah mənə yol göstərsə,

Bu dərdlərdən qaça biləm...

Bu dərdlərdən qaça bilməyən Sabir Rüstəmxanlı - Zərdüşt ata, oba-oba, el-el gəzərək dərdlər, ələmlər içərisində bu millətin adından üsyan eləyərək deyir:

Yurdun sərvətini talayan alçaq,

Onsuz da erməni talayıb bizi.

Niyə od vurursan ürəyimizə

Dərd öz ocağında qalayır bizi.

Rüşvət məzənnəni qovzama belə,

Haramı fikrimə qazıma belə,

Qardaşın qanına susama belə,

Ya çıx qardaşlıqdan, al ayır bizi.

Bu nə vurhavurdu, bu nə qazancdı?

Millətin didərgin, millətin acdı.

Pul hansı hikməti üzünə açdı,

Nadanlıq qurd olub dalayır bizi.

Bu gün gözümüzün qarşısında baş verən, bizi də öz qazanlarında qaynadan, milləti məhvə sürükləyən nadanları, quldurları, qəddarları, onların vəhşiliklərini görən böyük şair, filosof, millətin tarix boyu deyə bilmədiyi dərdlərini, meydanlardan, dövlətin, Milli Məclisin xitabət kürsülərindən uca, aydın səslə, dərin ağılla, məntiqli fikirlərlə deyən böyük  siyasətçi, keçmiş millət vəkili Sabir Rüstəmxanlı - Zərdüşt ata, hamımızı, dünyaya səpələnmiş bütün Azəri türklərini - Vətənini, millətini, torpağını təmənnasız sevən insanların ətrafında toplaşmağa, birləşməyə çağırır... Repressiya illərində, Sovetlər Birliyi vaxtı türkdilli xalqların başlarına gətirilən faciələri, vəhşilikləri “Sürgün sevgi” pyesində bizə aydın formadan göstərir.... Bizi böyük savaşa, mübarizəyə  çağırır...

Əgər biz millətiksə, əgər biz Qan yaddaşımızı unutmamışıqsa, əgər biz yenidən torpaqlarımızın və bütün  türkdilli xalqların  birləşməyini, Turan Dövlətinin yaranmasını istəyiriksə, əgər millətin bir olmasını, birləşməsini, gələcək nicatımızı istəyiriksə, əgər balalarımızın xoş gələcəyini istəyiriksə, gəlin, onun VƏTƏNDAŞ HƏMRƏYLİYİ çağırışını eşidək. Sabir Rüstəmxanlı - Zərdüşt atanın fikirlərini, istəklərini, ali məqsədini dəstəkləyək və millətin, türkdilli xalqların  birliyinə, birləşməsinə çalışaq. Mübarizə aparaq. Onunla birlikdə deyək:

- Bu yurd düzlük carçılarının, yaxşılıq oduna bürünmüş kişilərin VƏTƏNİDİR. Babalarımızın ən qədim andı günəş idi. Oda iman gətirmək idi. Biz də düzlük carçısı olan Sizə iman gətirərək, istəyirik ki, odumuz yansın, çörəyimiz olsun, işığımız gəlsin, ocağımız sönməsin. Onu bilin ki, bu millətin ocağını söndurmək istəyənlərin cəzasını yalnız biz birlikdə verə bilərik. Ona görə də bizim MİLLİ BİRLİYİMİZ  lazımdır. Milli birliyi olmayan xalqı, tarixlər boyu parçalayıb, kölə ediblər. Əsarətdə saxlayıblar. Millətin böyüklüyü, qüdrəti onun milli birliyindədir.

Bu sözlərlə ətrafında toplaşmış insan axınının, insan selinin qarşısında, Azadlıq meydanının ən uca zirvəsində dayanan Sabir Rüstəmxanlı - Zərdüşt ata, onunla həmrəy olan milyonlarla qan qardaşlarına, can qardaşlarına, Vətənini sevən kişilərinə və kişi qeyrətli xanımlarına rəğbətlə baxaraq deyir:

- Mənim xalqımın əxlaqı üç sözlə ifadə olunur: xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl. Biz insan kimi bütöv olmalıyıq. Düşüncəmizlə əməlimiz, sözümüzlə işimiz arasında ayrılıq olmamalıdır. Biz ruhu, qəlbi azad olan adamları sevmişik. Əgər bizim ruhumuz, qəlbimiz azad ola bilsə, əgər biz qəlbimizdən on şeyi - haram, qeybət, kin, paxıllıq, tamah, yalan, riya, həsəd, ədavət və kələyi ata bilsək, onda birləşə  bilərik. MİLLİ  BİRLİK yarada bilərik. Bir yumruq ola bilərik. Qoy insan düzlük, paklıq carçısı olsun!

Onun sözlərinin axırıncı cümləsini bura toplaşan insan seli, insan axını təkrar eləyək deyir:

- Qoy insan düzlük, paklıq carçısı olsun!

Bu sözlər elə ucadan səslənir ki, Azadlıq meydanı lərzəyə gəlir. Vulkan kimi püskürür...

Ürəyimdə, daxilimdə, beynimdə bir inam yaranır. Öz-özümə deyirəm:

-Əgər bu millət istəsə birləşə  bilər. Keçmiş tariximizdən ibrət dərsi götürüb birləşə bilər. Və nə qədər ki, birliyimiz olmayacaq, bax, beləcə torpağımız, millətimiz, dilimiz parçalana-parçalana gedəcək...

Əgər milli birliyimiz olmasaydı biz erməni gavurlarını darmadağın edib,  Şuşanı  və cənnətməkan  Qarabağımızı faşistlərdən təmizləyə bilməzdik. İndi bu müqəddəs Milli Birliyimizi qoruyub saxlamalıyıq. Bunu daha da möhkəmlətməliyik ki, işğalda olan digər torpaqlarımızı da yağı düşmənlərdən təmizləyə bilək. Axı atalarımız da deyib ki, “ el bir olsa dağ oynadar yerindən”.  Bizim elin birliyi isə həm iqtidardan, həm də müxalifətdən çox asılıdır. Onlar Ana Vətənin bütövlüyü xatirinə, ulularımızın qəbr evində rahat yatmaları naminə keçmiş kin-küdurəti bir kənara qoyub, birləşməlidirlər. Birləşməlidirlər! Turan Dövlətlər Birliyi yaranmalıdır! Yoxsa ulularımızın ruhu bizi bağışlamaz... Heç zaman bağışlamaz.

Ağalar İdrisoğlu - Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, jurnalist.

May 2026-cı il

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 May 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri