Icma.az
close
up
RU
Öz toyunu unudan sənətkar O, bir gecədə necə məşhurlaşmışdı?

Öz toyunu unudan sənətkar O, bir gecədə necə məşhurlaşmışdı?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

23 oktyabr tanınmış xanəndə Səxavət Məmmədovun doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur.

Onun haqqında deyirlər: "Səxavətin səsi də "Segah"a yatımlı idi, ruhu da "Segah"a bağlı idi". Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır.

"Ay bəri bax", "Uca dağlar", "Yar bizə qonaq gələcək", "Ay çiçək", "Sarı bülbül" "Sona bülbüllər" və s. kimi məşhur mahnıları ifa edib.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. Elə bu ərəfələrdə o, hərbi xidmətə yollanıb.

Rəvayət olunur ki, həmin vaxt Hacıbaba Hüseynovdan "ən yaxşı tələbəniz kimdir?" deyə soruşublar, o da deyib: "Ən yaxşı tələbəm əsgərlikdədir".

Səxavət Məmmədov 1976-cı ildə "Hümayun" Xalq Ansamblının solisti olub.

1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edib. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Səxavət "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanıb, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırıb.

Həyat yoldaşı Səxavət Məmmədov haqqında hazırlanmış verilişdə deyib: "O, İsrail konsertindən tez qayıtmışdı ki, 1 sentyabrda oğlunu məktəbə apara bilsin. Gəldi ki, dərsləri sentyabrın 15-nə keçiriblər".

Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi.

Yuxudan durub deyib: "Mən öləcəm". Bu yuxudan bir ay sonra vəfat edib.

Dostları ilə Əli Bayramlıdan qayıdırmış, yolda qəza baş verib və Səxavət Məmmədov o qəzada 37 yaşında dünyasını dəyişib.

Onun ölümündən sonra ikinci həyat yoldaşı iki dəfə intihara cəhd edir. Qəbri üstünə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra kənd işğal olunub.
Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb.

O, avtomobil qəzasında dünyasını dəyişsə də, ölümü barədə şübhələr bu günə qədər səngimək bilmir. Oğlu Bəxtiyar müsahibələrinin birində deyir:

"Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşlarının heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan "Kamaz"ın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi. Atam cəbhədə baş verənlərlə bağlı, belə deyək, növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda "Qaz zapravkası" deyilən dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan "Kamaz"ın altına girmişdi. Sonradan o "Kamaz" sürücüsü də bayaq dediyim kimi həbsdə müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, indi bunlar haqqında danışmaq istəmirəm. Onlar mənim özümdə qalsın".

Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov, Sabir Mirzəyev, İslam Rzayev və digər korifey ifaçılardan sonra muğam və xalq musiqisi sənətinə gəlməsinə baxmayaraq, çox tez bir zamanda sənətkar kimi qəbul olunub, eyni zamanda adı çəkilən, çəkilməyən bu böyük sənətkarlar tərəfindən etiraf edilib.

Səxavət çox gənc yaşında tanınıb, sevilib. İlk dəfə radioda çıxış edib və səhəri gün hamı ondan danışıb. Necə deyərlər, bir gecənin içində məşhurlaşıb.

Onun haqqında yadda qalan budur ki, adı kimi özü də səxavətli insan olub. Deyirlər ki, bir dəfə toydan gələndə qazandığı pulların hamısını maşının pəncərəsindən ehtiyacı olan adamlara paylayıb.

Səxavət Məmmədov Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb.

Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb.

Deyilənə görə, onu həttta ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıblar.

Kiçik qardaşı Firuz Səxavət də məşhur xanəndədir və onların səsləri bir-birinə çox oxşayır. Ancaq o, Səxavətin səsini bənzərsiz hesab edir.

Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda "bəyhamamı"na bizə gəlmişdi. Yeyib-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.

İlk həyat yoldaşından ayrılıb və başqa bir qadınla ailə qurub. Onun yaxınları, qohumları ikinci evliliyini doğru hesab etməyiblər. Lakin, övladlarının sözlərinə görə, o, hər iki ailəsinin də qayğısına qalıb, onların maddi xərclərini qarşılayıb.

Onun məqsədi insanı xilas etmək idi... - Asif Ata-90 Ərini döyərək öldürən qadına niyə 1 il 6 ay iş verildi? Səhnədə improvizasiya edən bəstəkar - Ramiz Mustafayevin konsertdən öncə ritualı nə idi?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri