Icma.az
close
up
RU
“Doğum günümə öz töhfələrim olmalıdır” 70 yaşlı sənətkar

“Doğum günümə öz töhfələrim olmalıdır” 70 yaşlı sənətkar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür.

“Qafqazinfo” 70 yaşını qeyd edən Xalq artisti ilə əlaqə saxlayıb.

A.Bəşirqızı saytımıza açıqlamasında doğum gününü ailə üzvləri ilə birlikdə qeyd etdiyini deyib: 

“Hələ ki, öz ailəmləyəm. Allaq qoysa, təntənəli də olacaq. Doğum günümə öz töhfələrim olmalıdır”. 

Xalq artisti Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsinə çox sevindiyini bildirib:

“Çox sevinirəm. Bu sənətkar üçün çox böyük bir töhfədir. Sənətkarın ən böyük hədiyyəsi tamaşaçıların alqışları, onların sevgisi və gül-çiçəkləridir. Bu, Prezident tərəfindən bir daha qeyd olunanda, qiymətləndiriləndə o sənətkar xoşbəxt olur və mən xoşbəxtəm. Bütün sənətkarlara bu xoş günü arzulayıram. Biz məsuliyyət hiss etməliyik. Çünki hər bir dövləti onun mədəniyyətinə görə tanıyırlar. Buna görə də bütün incəsənət xadimləri bu məsuliyyəti hiss etməlidir. İncəsənət şəxsi ambisiya üçün deyil, xalq, dövlət üçündür”. 

Qeyd edək ki, Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində, Xalq artisti Bəşir Səfəroğlunun ailəsində anadan olub. O, teatr yaradıcılığı ilə yanaşı, “Bəxt üzüyü”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Nekroloq” kimi bir sıra kino və televiziya tamaşalarında çəkilib.

Sənətkar Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 1989-cu ildə “Əməkdar artist”, 1993-cü ildə “Xalq artisti” fəxri adlarına, 2013-cü ildə “Şöhrət” ordeninə, 2015-ci ildə Prezidentin fərdi təqaüdünə, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

2025-ci il avqustun 14-də A.Bəşirqızı “Şərəf” ordeni ilə təltif olunub.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Avqust 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri