Özbəkistan 2028 ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Özbəkistan 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Beynəlxalq Astronavtika Konqresi (IAC) ilk dəfə Özbəkistanda keçiriləcək.
Bu qərarın Avstraliyanın Sidney şəhərində keçirilən həmin konqres zamanı verildiyi və bunun üçün qədim Səmərqənd şəhərinin seçildiyi vurğulanır.
Bu, Özbəkistan və bütün Mərkəzi Asiya üçün kosmik sektorda yeni eranın başlanğıcı kimi xarakterizə edilir.
Səmərqənddə keçiriləcək konqresdə 10 mindən çox beynəlxalq qonağın iştirakı gözlənilir.
Bunun turizm, xidmətlər, beynəlxalq sərgilər və sahibkarlıq sahələrində əhəmiyyətli iqtisadi təkan verəcəyi gözlənilir.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi (IAC) hər il dünyanın müxtəlif ölkələrində keçirilir və elm, mühəndislik, texnologiya və kosmik siyasət sahələrində ən mühüm qlobal tədbirlərdən biridir.
Süleyman

Beynəlxalq Astronavtika Konqresi Sidneydə başlayır
29 Sentyabr 2025 10:16
Azərbaycan 76cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq
15 Yanvar 2025 09:27
Azərbaycan Milli Elmi Komandası Sidneydəki Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək AZƏRTAC
14 Yanvar 2025 17:51
Azərbaycanlı gənclər Beynəlxalq Astronavtika Konqresində ölkəmizi uğurla təmsil ediblər
03 Oktyabr 2025 18:16
Beynəlxalq Astronavtika Konqresində məqalə sayına görə Azərbaycan dünyada 2 ci yerdə qərarlaşıb
19 Sentyabr 2025 21:30

