Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Bakı Beynəlxalq Laborator Tibb Konqresinə ev sahibliyi edəcək

Bakı Beynəlxalq Laborator Tibb Konqresinə ev sahibliyi edəcək

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, aprelin 30-dan mayın 2-dək Bakı regionun ən mühüm elmi və tibbi tədbirlərindən birinə – 4-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo 2026-ya ev sahibliyi edəcək. Mötəbər tədbir laborator tibb, klinik diaqnostika, biokimya, mikrobiologiya, immunologiya, genetika, patologiya və digər prioritet istiqamətlər üzrə yerli və xarici mütəxəssisləri bir araya gətirəcək. Konqres illər ərzində Azərbaycanın elmi potensialını beynəlxalq platformalarda tanıdan, regional əməkdaşlığı gücləndirən və səhiyyənin inkişafına töhfə verən aparıcı elmi platformaya çevrilib. Bu il keçiriləcək dördüncü konqres həm iştirakçı sayı, həm beynəlxalq tərəfdaşlıq səviyyəsi, həm də elmi proqramın zənginliyi baxımından əvvəlki illərdən daha genişmiqyaslı olacaq.

AZLTK & LAB EXPO 2026-nın ən mühüm və tarixi hadisələrindən biri Avropa Klinik Kimya və Laborator Tibb Federasiyasının – EFLM ilk dəfə olaraq bölgəmizdə yüksək səviyyəli elmi toplantısını məhz Azərbaycanda təşkil etməsidir. “Laborator tibbdə yeni trendlər” mövzusuna həsr olunacaq beynəlxalq simpozium çərçivəsində müxtəlif Avropa ölkələrindən tanınmış alimlər, ekspertlər və sahə liderləri çıxış edəcəklər.
Konqresə Avropa, Türkiyə və digər ölkələrdən çoxsaylı elmi cəmiyyətlərin, universitetlərin, tədqiqat mərkəzlərinin və səhiyyə qurumlarının nümayəndələrinin qatılması gözlənilir. Ənənəvi tərəfdaşlar sırasında Türkiyənin aparıcı elmi qurumları, o cümlədən Klinik Biokimya Mütəxəssisləri Dərnəyi və Klinik Mikrobiologiya Mütəxəssisləri Dərnəyinin dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Yüzlərlə həkim, laboratoriya mütəxəssisi, alim, rezident, gənc tədqiqatçı və tələbənin qatılacağı tədbir yeni əməkdaşlıqların qurulması, ortaq layihələrin təşkili və peşəkar şəbəkələşmə baxımından da mühüm platforma olacaq.

AZƏRBAYCAN LABORATOR TİBB MƏKTƏBİNİN BEYNƏLXALQ ELMİ MƏKANDA MÖVQEYİ DAHA DA MÖHKƏMLƏNİR

Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin rəhbəri, Konqresin sədri Ramin Bayramlının sözlərinə görə, 4-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresinin əsas məqsədi laborator tibb sahəsində elmi yeniliklərin, müasir diaqnostik yanaşmaların və qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycan səhiyyə sisteminə inteqrasiyasına töhfə verməkdir. Konqres eyni zamanda yerli və xarici mütəxəssislər arasında əməkdaşlığın genişlənməsi, gənc alimlərin elmi fəaliyyətə təşviqi, laborator xidmətlərin keyfiyyətinin yüksəldilməsi və pasiyent yönümlü səhiyyə modelinin gücləndirilməsi baxımından mühüm platformadır. Tədbir vasitəsilə Azərbaycan laborator tibb məktəbinin beynəlxalq elmi məkanda mövqeyi daha da möhkəmlənir.

KONQRES ARTIQ REGİONAL DEYİL, BEYNƏLXALQ SƏVİYYƏDƏ QƏBUL OLUNAN PLATFORMAYA ÇEVRİLİB

Konqres sədri deyib ki, bu ilki konqres bir sıra mühüm xüsusiyyətləri ilə əvvəlkilərdən fərqlənir. Ən vacib yenilik ondan ibarətdir ki, Avropa Klinik Kimya və Laborator Tibb Federasiyası – EFLM ilk dəfə olaraq bölgəmizdə rəsmi beynəlxalq simpoziumunu məhz Azərbaycanda keçirir. Bundan əlavə, proqram daha geniş elmi istiqamətləri əhatə edir, paralel salonlarda çoxşaxəli sessiyalar təşkil olunur, Lab Expo sərgisi daha böyük miqyasda keçirilir və gənc tədqiqatçıların iştirakına xüsusi yer ayrılıb. Bu, konqresin artıq regional deyil, beynəlxalq səviyyədə qəbul olunan platformaya çevrildiyini göstərir.

KONQRESDƏ DÜNYANIN 14 ÖLKƏSİNDƏN NÜMAYƏNDƏ İŞTİRAK EDƏCƏK

Ramin Bayramlının dediyinə görə, Konqresdə ən azı 14 ölkədən nümayəndələrin iştirakı nəzərdə tutulur. Bunlar: Azərbaycan, Türkiyə, Özbəkistan, Rusiya, İngiltərə, Belçika, Almaniya, Fransa, İtaliya, Xorvatiya, Gürcüstan, Çexiya, Amerika Birləşmiş Ştatları, Çin və digər ölkələrdir. Xarici məruzəçilər və beynəlxalq federasiyaların təmsilçiləri tədbirin qlobal əhəmiyyətini daha da artırır. Qeyd etmək lazımdır ki, iştirakçı sayı qeydiyyat prosesinə uyğun olaraq daha da arta bilər. Qeyd edək ki, Elmi Proqramda yer alan xarici məruzəçilırin əksəriyyəti Laborator Tibbin Biokimya, Mikrobiologiya və İmmunologiya, Patologiya, Genetika sahələri üzrə tanınmış mütəxəssislərdir. Bunlar dünyada tətbiq olunan laborator protokol və təlimatları hazırlayan elm adamlarıdır.

BELƏ TƏDBİRLƏR AZƏRBAYCAN MÜTƏXƏSSİSLƏRİNİN QLOBAL ELMİ ŞƏBƏKƏYƏ İNTEQRASİYASINI SÜRƏTLƏNDİRİR

Birlik sədri qeyd edib ki, yüksək səviyyəli xarici mütəxəssislərin, elm adamlarının iştirakı yerli həkimlər və laboratoriya əməkdaşları üçün çox böyük imkanlar yaradır. İlk növbədə, onlar dünya səhiyyəsində tətbiq olunan ən son diaqnostik metodlarla, yeni laborator texnologiyalarla və beynəlxalq standartlarla birbaşa tanış olurlar. Eyni zamanda, birgə elmi layihələrin qurulması, xaricdə təhsil və təlim imkanlarının genişlənməsi, professional əlaqələrin yaranması və təcrübə mübadiləsi baxımından bu iştirak son dərəcə önəmlidir. Belə tədbirlər Azərbaycan mütəxəssislərinin qlobal elmi şəbəkəyə inteqrasiyasını sürətləndirir: “Artıq bizim gənc mütəxəssislərimiz bundan faydalanmağa başlayıblar. Çoxlu sayda gənc azərbaycanlı laboratoriya mütəxəssisi Avropa məkanının elmi təqaüdlərinə müraciət edir və qalib olurlar. Beynəlxalq səviyyəli konqreslərdə məruzələr edirlər”.

KONQRESİN PROQRAMI LABORATOR TİBBİN ƏN AKTUAL İSTİQAMƏTLƏRİNİ ƏHATƏ EDİR

Ramin Bayramlınn söylədiyinə görə, konqresin proqramı laborator tibbin ən aktual istiqamətlərini əhatə edir. Burada süni intellektin laboratoriyada tətbiqi, molekulyar diaqnostika, yeni biomarkerlər, onkoloji skrininq, böyrək funksiyalarının qiymətləndirilməsi, mikrobioloji infeksiyalar, antibiotik həssaslıq testləri, virusologiya, nadir xəstəliklər, genetik diaqnostika, kök hüceyrə texnologiyaları, kütlə spektrometriyası, qastrointestinal xəstəliklərin laborator diaqnostikası, ürək-damar risk göstəriciləri və keyfiyyət standartları kimi mövzular geniş şəkildə müzakirə olunacaq.

İŞTİRAKÇILAR BİR SIRA İSTİQAMƏTLƏR ÜZRƏ PRAKTİK BİLİKLƏR ƏLDƏ EDƏCƏKLƏR

Konqres sədri hesab edir ki, iştirakçılar müasir laborator analiz metodları, nəticələrin klinik interpretasiyası, keyfiyyətə nəzarət sistemləri, preanalitik və analitik səhvlərin idarə olunması, rəqəmsal laborator idarəetmə, süni intellekt əsaslı həllər və yeni diaqnostik testlərin tətbiqi barədə praktik biliklər əldə edəcəklər. Bundan əlavə, klinik qərarvermədə laborator nəticələrin rolu, multidissiplinar yanaşma və pasiyent təhlükəsizliyi sahəsində də bacarıqlarını inkişaf etdirəcəklər. 

KONQRES ARTIQ FORMALAŞMIŞ ƏNƏNƏYƏ ÇEVRİLİB

Ramin Bayramlı qeyd edib ki, bu cür tədbirlərin gələcəkdə davamlı keçirilməsi planlaşdırılır. Bu konqres artıq formalaşmış ənənəyə çevrilib və davamlı şəkildə keçirilməsi planlaşdırılır: “İlk üç konqresin uğurlu nəticələri, artan beynəlxalq maraq, iştirakçı sayının yüksəlməsi və elmi tərəfdaşlıqlar göstərir ki, Azərbaycan laborator tibb sahəsində regionun əsas elmi mərkəzlərindən birinə çevrilməkdədir. Qarşıdakı illərdə də daha geniş miqyaslı beynəlxalq tədbirlərin təşkili nəzərdə tutulur”. 

AZƏRBAYCAN SƏHİYYƏ SİSTEMİ ÜÇÜN ƏHƏMİYYƏTLİ TƏDBİR

Konqres sədri vurğulayıb ki, bu tədbirin Azərbaycan səhiyyə sistemi üçün əhəmiyyəti çox böyükdür. Çünki müasir səhiyyənin təxminən 70 faiz klinik qərarları laborator nəticələrə əsaslanır. Laborator xidmətlərin güclənməsi erkən diaqnostika, düzgün müalicə seçimi, xəstəliklərin profilaktikası və səhiyyə xərclərinin optimallaşdırılması deməkdir. Belə beynəlxalq konqreslər ölkəmizə yeni biliklər, innovativ texnologiyalar, peşəkar əməkdaşlıqlar və yüksək standartların tətbiqi üçün real imkan yaradır. Bu baxımdan konqres təkcə elmi tədbir deyil, həm də Azərbaycan səhiyyəsinin gələcəyinə yönəlmiş strateji platformadır.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri