Icma.az
close
up
RU
Özbəkistan aqrar sığorta modelinin qurulmasında Türkiyə və Azərbaycan təcrübəsindən istifadə edəcək

Özbəkistan aqrar sığorta modelinin qurulmasında Türkiyə və Azərbaycan təcrübəsindən istifadə edəcək

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta modelinin uğurlu tətbiqi və təsərrüfatların risklərini səmərəli şəkildə qarşılaması digər ölkələrin də diqqətini cəlb edir. 

Kənd təsərrüfatı məhsulların istehsalı üzrə böyük potensialı ilə seçilən Özbəkistan Respublikası müasir aqrar sığorta modelinin qurulmasında Türkiyə və Azərbaycan təcrübəsindən istifadə edəcək. 

Bununla bağlı qarşıdakı tədbirləri və atılacaq addımları müzakirə etmək məqsədilə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndəsi Botir Usmanaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 12-16 may tarixlərində Azərbaycanda səfərdə olub.

Nümayəndə heyətinin tərkibində İqtisadiyyat və Maliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan Respublikasının Prezident Administrasiyası, Kənd Təsərrüfatı Nazirliyi, Elektron Hökumətin nümayəndələri təmsil olunur. 

Bakı səfərində Özbəkistan nümayəndə heyəti Azərbaycanda aqrar sığorta mexanizmi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi (KTN), Azərbaycan Mərkəzi Bankı (AMB), Aqrar Sığorta Fondunda (ASF) görüşlər keçirib. 

Eyni zamanda nümayəndə heyətinin üzvləri Azərbaycanda aqrar sığorta sisteminin üzvü olan vasitəçi şirkətlər, eləcə də müstəqil aqrar sığorta ekspertləri ilə görüşlər keçirib, müzakirələr aparıblar. 

Bakıda keçirilən görüşlərdə kənd təsərrüfatı risklərinin sığortası ilə bağlı qüvvədə olan qanun və qaydalar, qanunvericilik bazası, onların xüsusiyyətləri və ölkənin sığorta bazarında əhəmiyyəti, Aqrar Sığorta Fondunun təşkilati strukturu, hüquqi statusu, səlahiyyət və vəzifələri, fəaliyyətinin tənzimlənməsi, Fondun vəsaitlərinin formalaşması və səmərəli istifadəsi kimi məsələlər müzakirə edilib.  

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun rəhbərliyi ilə ASF-də keçirilən görüşlərdə aqrar sığorta qaydaları, sığorta tariflərinin müəyyən edilməsi, aqrar sığortada fermerlərə dövlət dəstəyi, zərərlərin ödənilməsi və təkrar sığorta proseslərinə nəzarət kimi məsələlər müzakirə obyekti olub. 

Aqrar Sığorta Fondunun nümayəndələri Özbəkistan nümayəndə heyətinə Aqrar Sığorta İnformasiya Sisteminin (ASİS) fəaliyyəti və strukturu, onun digər informasiya sistemləri ilə inteqrasiyası, aqrar sığorta müqavilələrinin elektron bağlanması, sığortalıların hüquq və vəzifələri, müstəqil ekspertlərin fəaliyyəti, sığorta hadisələrinin araşdırılması, sığorta ödənişi prosesi mexanizmi kimi məsələlər barədə ətraflı məlumat veriblər. 

Bakı səfəri zamanı Özbəkistan nümayəndə heyəti 13-16 may tarixlərində Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") ilə də tanış olublar. 

Sərgidə Aqrar Sığorta Fondunun stendini ziyarət edən Özbəkistan nümaynədələrinə Azərbaycanda aqrar sığorta mexanizmi, sığortalanan məhsullar, aqrar sığortanın əhatə etdiyi və fermerlərlə iş, sığorta ödənişi və sair məsələlər barədə geniş məlumat verilib. 

Özbəkistan nümayəndə heyətinin rəhbəri Botir Usmanaliyev Bakıda keçirilən "Caspian Agro" 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində mayın 15-də "Aqrar sığorta sisteminin inkişaf perspektivləri: Azərbaycan təcrübəsi, çağırışlar və beynəlxalq təcrübə" mövzusunda panel müzakirələrində iştirak edib.  B.Usmanaliyev panel müzakirəsində Özbəkistanda aqrar sektora təsir edən risklər, aqrar sığorta mexanizminin yaradılması üçün atılan addımlar, bu prosesdə Azərbaycan və Türkiyə təcrübəsindən istifadə edilməsi barədə geniş məlumat verib. 

Xatırladaq ki, böyük kənd təsərrüfatı imkanlarına və potensialına malik olan Özbəkistanda Türkiyə və Azərbaycan təcrübəsi əsasında aqrar sığorta mexanizminin yaradılmasına başlanılıb. Aprel ayında bu ölkədə aqrar sığorta haqqında yeni qanun qəbul edilib və digər sənədlərin hazırlanmasına start verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri