Özbəkistan daha bir Afrika ölkəsi ilə diplomatik əlaqələr qurub
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Özbəkistan daha bir Afrika ölkəsi - Kot-d'İvuarla diplomatik əlaqə qurub.
525.az xəbər verir ki, bununla da Özbəkistanın diplomatik əlaqələr qurduğu ölkələrin sayı 160-a çatıb.
Birgə kommünikeni Nyu-Yorkda Özbəkistanın BMT-dəki daimi nümayəndəsi Uluqbek Lapasov və Kot-d'İvuar Respublikasının BMT-dəki daimi nümayəndəsi Tiemoko Moriko imzalayıblar.
Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində birgə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər. Danışıqlar zamanı ikitərəfli təmasların intensivləşdirilməsi, siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın qarşılıqlı faydalı sahələrinin axtarışı barədə razılıq əldə olunub.
Qeyd edilib ki, bu sənədin imzalanması Özbəkistan üçün Afrika qitəsi ilə əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım olub.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 30 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















