Deputat: Afrika dövlətləri ilə diplomatik əlaqələr strateji əhəmiyyət daşıyır
Icma.az, Operativmedia portalına istinadən məlumat verir.
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” 15 oktyabr 2025-ci ildə Kampala şəhərində, Uqanda Respublikasının paytaxtında, imzalanmdır. Sazişin məqsədi iki dövlət arasında diplomatik münasibətlərin inkişaf etdirilməsi və rəsmi səfərlərin sadələşdirilməsidir.
Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.
O bildirib ki, sazişə əsasən, tərəflərin etibarlı diplomatik pasportlara malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oradan çıxmaq və tranzit keçmək üçün vizadan azad edilir və hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə müvafiq ərazidə qala bilərlər.
Qalma müddətinin 90 gündən artıq olacağı hallarda qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq ya əvvəlcədən viza alınmalıdır. Və yaxud da digər tərəfin dövlətinin ərazisində müvafiq yaşayış icazəsinin alınması tələb olunur.
Həmçinin saziş tərəflərin dövlətlərinin ərazilərində yerləşən beynəlxalq təşkilatlarda, eləcə də diplomatik nümayəndəliklərdə və konsulluqlarda fəaliyyət göstərən diplomatik pasport sahiblərinin və onların ailə üzvlərinin statusu ilə bağlı məsələləri də tənzimləyir.
"Bunlarla yanaşı, tərəflər sazişin tətbiqini müvəqqəti olaraq, tamamilə və ya qismən dayandırmaq hüququna malikdirlər. Bu addım milli təhlükəsizlik, ictimai asayiş və ictimai sağlamlığın qorunması məqsədilə atıla bilər. Belə qərarlar barədə tərəflər 48 saatdan gec olmayaraq diplomatik kanallar vasitəsilə bir-birilərini məlumatlandırırlar.
Həmçinin sazişin 6-cı maddəsinə uyğun olaraq, Tərəflər “persona-non-grata”, yəni arzuolunmaz hesab etdiklərlə şəxslərlə bağlı tədbirlər görmək hüququnu saxlayır.
Sazişin tətbiqinə başlanılması üçün də müvafiq prosedur onun mətnində, 12-ci Maddəsində təsbit olunmuşdur. Belə ki, Tərəflər müvafiq dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişi diplomatik kanallar vasitəsilə aldığı tarixdən sonra doxsanıncı gündə Saziş qüvvəyə minir.
Sazişin qüvvədə olma müddəti 5 ildir. Əgər Tərəflərdən biri onun müddətinin bitməsinə 6 ay qalmış etiraz etməzsə, bu halda Saziş avtomatik olaraq növbəti beş illik dövrlər üçün uzadılacaqdır."- R.Nəbiyev vurğulayıb.
Azərbaycan Respublikası hazırda Birləşmiş Millətlər Təşkliatının üzvü olan 74 dövlətlə diplomatik pasport sahiblərinin viza tələbindən qarşılıqlı olaraq azad olunması haqqında sazişlərə malikdir. Bu istiqamətdə, eləcə də ümumvətəndaş pasportuna malik vətəndaşlarımızın vizasız səfər edə biləcəyi ölkələrin coğrafiyasını genişləndirmək istiqamətində fəaliyyət davam etdirilir.
Somali Prezidenti cənab Hasan Şeyx Mahmudun cari ilin 12-14 fevral tarixində ölkəmizə etdiyi rəsmi səfəri şərçivəsidə Azərbaycan-Somali ikitərəfli münasibətləri müzakirə edilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev birgə mətbuat konfransında bildirmişdir ki, “Təbii ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik.”
Onun sözlərinə görə, bu kontekstdə mühüm və incə bir siyasi-diplomatik məqamı vurğulamq istərdim. Somali, eləcə də digər Afrika ölkələri, və yaxud inkişaf etməkdə olan kiçik ada dövlətləri, Qoşulmama Hərəkatı üzvü dövlətlər Birləşmiş Millətlər Təşkilatında bir səsdir.
Bu dövlətlər zaman-zaman BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv də seçilirlər və hər hansı məsələdə bəzən həlledici mövqe ortaya qoya bilirlər.
Həmçinin, müxtəlif beynəlxalq təşkilatlarda, xüsusi ilə Afrika qitəsindən çoxsaylı diplomatlar və ya yüksəksəviyyəli məmurlar mühüm vəzifə tuturlar.
"Bu deyilənlər kontekstində bir faktı yada salmaq istərdim. 2020-ci ilin payızında Vətən müharibəsi gedən zaman, yəni ön cəbhədə döyüşlərin ən şiddətli vaxtı, diplomatik cəbhədə də Azərbaycana qarşı ədalətsiz və ikili standartlardan qaynaqlanan mübarizə aparılırdı. Bəzi dövlətlər keçmiş münaqişəni BMT Təhlükəsizlik Şurasının gündəminə daşımaqla, Azərbaycanın əleyhinə hər hansı qətnamə və yaxud BMT Təhlükəsizlik Şurasının Sədrinin Bəyanatının qəbuluna nail olmaq istəyirdilər. Məqsəd Azərbaycanın beynəlxalq müstəvidə, beynəlxalq hüquqa əsaslanan mövqeyini zəiflətmək idi. 44 gündə ən azı 3 dəfə belə cəhdin qarşısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi və ardıcıl diplomatik-siyasi gedişləri nəticəsində alındı.
Ölkəmizin mövqeyinin əsas dəstəkçiləri isə bilirsiniz hansı dövlətlər idi? Əsasən, məhz yuxarıda sadaladığım müxtəlif təsisatlarda yer alan dövlətlər.
Azərbaycan və Somali arasında sözügedən Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsində müzakirə edilmiş və yekdilliklə dəstəklənərək, Milli Məclisin Plenar iclasına tövsiyə edilmişdir. Qanun layihəsinin dəstəklənməsini xahiş edirik."- Rizvan Nəbiyev qeyd edib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 30 Dekabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları