Özbəkistan klubu azərbaycanlı futbolçu ilə danışıq aparır ÖZƏL
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sumqayıt”ın futbolçusu Sertan Taşkın karyerasını ölkəxaricində davam etdirə bilər.
İdmanxeber.az-a verilən məlumatına görə, futbolçuya Özbəkistan klubundan maraq var. Müdafiəiçi sözügedən ölkənin “Andijan” komandasının diqqətindədi. Artıq tərəflər arasında ilkin danışıqlar baş tutub.
Özbəkistan əsas liqasının təmsilçisi millimizin sabiq üzvünü heyətinə qatmaq istəyir. Taşkın isə hələlik qərar verməkdə tələsmir. Ona Azərbaycan klublarından da maraq var.
“Andijan” klubu hazırda Özbəkistan çempionatında 11 oyundan sonra 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, 28 yaşlı futbolçu mövsümün əvvəlində “Sumqayıt”la 1+1 illik müqavilə bağlayıb. O, ötən mövsüm “kimyaçılar”ın heyətində bütün turnirlərdə 32 oyun keçirib iki qol vurub, iki məhsuldar ötürmə edib.
Həsən Quluzadə


