Özbəkistan millisindən daha bir tarixi uğur
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Özbəkistan və İran millilərinin qarşılaşdığı Mərkəzi Asiya Millətlər Kubokunun final oyunu başa çatıb.
İdman.biz bildirir ki, komandalar Daşkənddəki "Olimpiya" stadionunda qarşılaşıblar.
Özbəkistan komandası 120-ci dəqiqədə Hociəkbər Əliconovun qolu ilə qələbə qazanıb - 1:0.
Matçın 5-ci dəqiqəsində iranlı müdafiəçi Aria Yusifi qırmızı vərəqə alaraq meydanı tərk edib. 105-ci dəqiqədə isə özbəkistanlı Eldor Şomurodov penaltidən fərqlənə bilməyib.
Yarışda üçüncü yeri Hindistan millisi tutub.
Xatırladaq ki, bundan əvvəl Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.
İdman.biz

Sreçko Katanets Özbəkistan millisindən ayrılıb
22 Yanvar 2025 14:44
Türkiyə millisindən tarixi uğur
04 Sentyabr 2025 20:38
Azərbaycan Özbəkistan dostluğunun tarixi örnəyi
27 Yanvar 2025 10:01
Özbəkistan bir ilkə imza atdı
11 İyul 2025 00:15
Daha bir mütəxəssir Özbəkistan millisini çalışdırmaqdan imtina edib
03 Sentyabr 2025 23:44

