Özbəkistan nümayəndəsi UNESCO nun 25 ci sessiyasının sədri seçilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 noyabr, AZƏRTAC
Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiyanın iştirakçı dövlətləri Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun sədri və UNESCO üzrə Özbəkistan Milli Komissiyasının rəhbəri Qayane Umerovanı UNESCO Baş Assambleyasının 25-ci sessiyasının sədri seçiblər.
AZƏRTAC Özbəkistan Milli İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu qərar Qayane Umerovanın mədəni irsin və müasir incəsənətin təşviqinə, mədəni diplomatiyanın inkişafına, Özbəkistanın zəngin irsinin qorunmasına və populyarlaşdırılmasına yönəlmiş təşəbbüslərinə verdiyi əhəmiyyətli töhfənin təsdiqidir.
Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyası Özbəkistanın beynəlxalq mədəni əməkdaşlığın gücləndirilməsində, mədəni irsin qorunması və təşviqi üçün qlobal təşəbbüslərin həyata keçirilməsində artan rolunu əks etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 12 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















