Icma.az
close
up
RU
Özbəkistan Prezidenti UNESCO nun Səmərqənd sessiyasında təklif və təşəbbüslərlə çıxış edib

Özbəkistan Prezidenti UNESCO nun Səmərqənd sessiyasında təklif və təşəbbüslərlə çıxış edib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qədim Səmərqənd şəhərində keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasının açılışında bir sıra təklif və təşəbbüslərlə çıxış edib. O, ilk növbədə, “UNESCO-nun ekologiya paytaxtı”nın təsis edilməsi təşəbbüsünü irəli sürüb.

AZƏRTAC Özbəkistan Milli Xəbər Agentliyinə istinadla xəbər verir ki, Serbiya, Slovakiya prezidentləri, müxtəlif ölkələrin hökumət başçıları, nazirləri və UNESCO-nun Baş direktoru Odri Azulenin iştirak etdiyi açılış mərasimində çıxış edən Şavkat Mirziyoyev deyib: “Bu tədbirin Səmərqənddə - bəşər tarixinə humanist ideyaların, əvəzsiz biliklərin və sivilizasiyalararası dialoqun mərkəzi kimi daxil olmuş bir şəhərdə keçirilməsi dərin rəmzi məna daşıyır”.

Dövlət başçısı Səmərqəndin elm, ədəbiyyat və mədəniyyət beşiyi kimi böyük irsini xatırladıb. O, məşhur ulduz xəritəsinin yaradıldığı və Kopernik və Keplerin kəşflərinin əsasını təşkil edən Mirzə Uluqbəy Rəsədxanasından bəhs edib. Prezident qonaqları Böyük İpək Yolunun incisi, xalqlar arasında sülh və dostluq diyarı olan Səmərqəndin ab-havasını hiss etməyə çağırıb.

Şavkat Mirziyoyev qeyd edib ki, geosiyasi gərginliklər və hərbi münaqişələr unikal abidələrə və mədəni irsə zərər vurur, bilik və rəqəmsal texnologiyalara çıxışdakı boşluq isə qlobal bərabərsizliyi daha da artırır.

Özbəkistan rəhbəri vurğulayıb ki, belə çətin şəraitdə UNESCO-nun əsas məqsədlərinin yerinə yetirilməsində həmrəyliyin gücləndirilməsi xüsusilə vacibdir. Özbəkistan Təşkilatın nəcib məqsədlərinə sadiqliyini və Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynamağa, konstruktiv əməkdaşlıq üçün açıq platforma təmin etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Prezident Mirziyoyev vurğulayıb: “Bu gün ölkəmiz UNESCO ilə 2027-ci ilə qədər beş illik əməkdaşlıq proqramı həyata keçirir. Bu çərçivədə böyük mütəfəkkir və şəxsiyyətlərin – Əl-Biruni, Əhməd Fərqanə, Əmir Teymur, Əli Quşçu və Kamoliddin Behzodun, eləcə də Xarəzm Məmun Akademiyası kimi elmi müəssisələrin və “Alpamış” dastanı da daxil olmaqla ədəbi abidələrin yubileylərini qeyd etmək üçün genişmiqyaslı tədbirlər keçirilib. Zərafşan-Qaraqum dəhlizi boyunca abidələr, Xivə, Buxara, Şəhrisəbz və Səmərqənd kimi şəhərlər Dünya İrsi Siyahısına əlavə edilib. Qərbi Tyan-Şan və Turan səhralarının təbii əraziləri bölgənin unikal biomüxtəlifliyini əks etdirir”.

Özbəkistan lideri UNESCO-nun fəaliyyətinin əsas sahələrinin inkişafına yönəlmiş bir sıra təklif və təşəbbüslərlə çıxış edib. O diqqətə çatdırıb ki, inklüziv təhsilin inkişafı və süni intellekt texnologiyalarının istifadəsi mütləq prioritet elan edilib. Prezident xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İnklüziv Təhsilin İnkişafı üzrə UNESCO Platformasının yaradılmasını və peşə təhsilinə dair Zirvə toplantısının keçirilməsini təklif edib. O bildirib ki, Özbəkistan “Süni intellekt - məktəb” pilot layihəsini həyata keçirməyə və UNESCO-nun himayəsi altında süni intellekt etikası üzrə beynəlxalq ekspert forumu təşkil etməyə hazırdır.

Şavkat Mirziyoyev, həmçinin qeyri-maddi mədəni irsin qorunması məsələsinə toxunub. O, şifahi xalq yaradıcılığı, əlyazmalar, arxivlər, dəyərli tarixi sənədlər və mədəni məlumatlar kimi unikal irs aktivlərinin qorunması və onlara çıxışın təmin edilməsi üçün yaradılmış UNESCO-nun Dünya Yaddaşı Proqramının hazırlanmasına marağını ifadə edib.

Həmçinin noyabrın 19-nun Beynəlxalq Sənədli İrs Günü elan edilməsi və UNESCO çərçivəsində Beynəlxalq Rəqəmsal İrs İnstitutunun yaradılması təşəbbüsü irəli sürülüb.

Dövlət başçısı UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin bir hissəsi olaraq, 2027-ci ildə Buxarada Beynəlxalq Sənətkarlıq və Xalq Sənəti Konqresinin keçirilməsini təklif etdiyini də bildirib.

Özbəkistan Prezidenti mərasimin sonunda özbək mədəni irsinin təbliğinə verdiyi töhfəyə görə UNESCO-nun Baş direktoruna “Dustlık” ordenini təqdim edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri