Icma.az
close
up
RU
Özbəkistan Prezidenti BMT nin tədbirində bir neçə təşəbbüs irəli sürüb

Özbəkistan Prezidenti BMT nin tədbirində bir neçə təşəbbüs irəli sürüb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 avqust, AZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT-nin Türkmənistanda keçirilən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransında çıxışı zamanı bir neçə təşəbbüs irəli sürüb.

AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, Şavkat Mirziyoyev konfransda müzakirə olunan məsələlərin həyati əhəmiyyəti olduğunu vurğulayıb, çünki dəniz limanlarından coğrafi uzaqlıq və bir neçə ölkənin ərazilərindən keçmək zərurəti bir sıra obyektiv problemlər yaradır. Onların arasında yüksək tariflər, nəqliyyat dəhlizlərinin və infrastrukturun imkanlarının məhdudluğu, eləcə də digər ölkələrin gömrük və tranzit siyasətindən asılılıq var.

Özbəkistan Prezidenti deyib: “Dünya Bankının məlumatına görə, yüksək nəqliyyat xərcləri və tranzitin qeyri-sabitliyi səbəbindən Mərkəzi Asiya regionu hər il ÜDM-nin 2 faizinə qədərini itirir. Logistika xərcləri malların dəyərinin 60 faizini təşkil edir ki, bu da qlobal orta göstəricidən bir neçə dəfə yüksəkdir. Bu baxımdan, yeni etibarlı tranzit dəhlizlərinin və logistika infrastrukturunun inkişafı Mərkəzi Asiyada davamlı tərəqqinin mühüm şərtinə çevrilir”.

Şavkat Mirziyoyev bildirib ki, bu kontekstdə üç əsas şərtin yerinə yetirilməsi vacibdir. O əlavə edib: “Bu, dayanıqlı inkişafın əsası kimi infrastrukturun modernləşdirilməsi, tranzit problemlərinin qarşısının alınması məqsədilə əlaqənin gücləndirilməsi və qlobal bərabərliyin əsas elementi kimi inkişaf hüququnun həyata keçirilməsidir. Bu gün regionda vahid nəqliyyat-logistika məkanı formalaşır. Mərkəzi Asiyanın Şərqlə Qərb, Şimal və Cənub arasında tamhüquqlu tranzit qovşağına çevrilməsinə yönəlmiş proqram və layihələr həyata keçirilir. Son illər ticarət dövriyyəsi 4,5 dəfə artaraq 11 milyard dollardan çox olub. İnvestisiyalar 2 dəfə, birgə müəssisələrin sayı isə 5 dəfə artıb. Bu il tərəfdaşlarla birlikdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlanılıb, Özbəkistan-Türkmənistan-İran-Türkiyə nəqliyyat dəhlizi ilə yükdaşımaları əhəmiyyətli dərəcədə artıb”.

Dənizə çıxışı olmayan ölkələrin ümumi çağırış və problemlərinin aradan qaldırılması üçün Özbəkistan Prezidenti bir sıra konkret təkliflər və təşəbbüslər irəli sürüb. O, ilk növbədə, beynəlxalq nəqliyyat dəhlizlərinin və infrastrukturunun sürətli inkişafı üçün əlaqələndirilmiş fəaliyyətin zəruriliyi qeyd edib. Bu kontekstdə Özbəkistan-Əfqanıstan-Pakistan dəmir yolu layihəsinin icrasının sürətləndirilməsinin və onun tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu ilə birləşdirilməsinin vacibliyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri