Özbəkistan rəsmisi: Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması...
Reyting.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı qismində qoşulması regionun xəritəsini dəyişir.
Bu barədə Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətləri ikitərəfli məsələlərdən yeni gündəmə keçiblər:
"Yeni gündəm regionun inteqrasiyasıdır. Siyasi, iqtisadi, humanitar və digər sahələr. İkincisi isə bizim üçün çox mühüm hadisə baş verdi: Azərbaycan rəsmi olaraq bizim sammitimizə, formatımıza qoşuldu. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur".
A.Kamilov qeyd edib ki, əgər gələcəkdə bu qarşılıqlı əlaqəni möhkəmləndirmək və inkişaf etdirmək olarsa, bu, həm Mərkəzi Asiya regionu, həm də Cənubi Qafqaz üçün sabitliyin, sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək.
Onun sözlərinə görə, sammitdə səsləndirilən təkliflər məzmunca çox yaxın olub: "Diqqət yetirsək, bütün rəhbərlər, bütün prezidentlər məzmunca yaxın təkliflər irəli sürdülər. Onlar gündəlikdə oxşar məsələlər qaldırdılar. Bu o deməkdir ki, Mərkəzi Asiya dövlətləri birləşməyə, bir qüvvəyə çevrilməyə və beynəlxalq arenada vahid regional səslə çıxış etməyə can atırlar"(Report).
Bu mövzuda digər xəbərlər:Özbəkistan Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə formatına Azərbaycanın qoşulmasını alqışlayır
16 Noyabr 2025 15:45
Özbəkistan Prezidenti: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq
16 Noyabr 2025 10:47
Pakistan Azərbaycanın Mərkəzi Asiya tərəfdaşı
25 Fevral 2025 09:23
Özbəkistan lideri Mərkəzi Asiya İtaliya sammitində iştirak edəcək
30 May 2025 15:40
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri
25 İyun 2025 17:16
Baxış sayı:65
Bu xəbər 17 Noyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















