Icma.az
close
up
RU
Türk ekspert: Azərbaycanın Mərkəzi Asiya Məşvərət formatına qoşulması türk dövlətləri arasında strateji həmrəyliyi gücləndirir

Türk ekspert: Azərbaycanın Mərkəzi Asiya Məşvərət formatına qoşulması türk dövlətləri arasında strateji həmrəyliyi gücləndirir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə iştirakı olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu formata qoşulması bölgədə bütün türk dövlətlərinin daha koordinasiyalı və məqsədyönlü şəkildə hərəkət etməsinə töhfə verə biləcək əhəmiyyətli bir addımdır.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Əli Fuad Gökçə deyib.

O bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində regionlaşma, yeni ittifaqların formalaşması və əməkdaşlıq platformalarının genişlənməsi getdikcə aktuallaşır. “Bu kontekstdə türk dövlətlərinin həm siyasi, həm iqtisadi sahədə birgə fəaliyyət göstərməsi xüsusi önəm daşıyır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qatılması isə bu əməkdaşlığın dərinləşməsinə güclü təkan verən addım kimi qiymətləndirilməlidir”, - deyə ekspert vurğulayıb.

O qeyd edib ki, Azərbaycan həm demoqrafik göstəriciləri, həm iqtisadi potensialı, həm də siyasi mövqeyi və geostrateji yerləşməsi baxımından region üçün son dərəcə önəmli aktordur. Məhz bu amillərə görə ölkənin digər türk respublikaları ilə qərar qəbuletmə mexanizmlərində iştirakı ortaq mövqelərin formalaşmasına və strateji koordinasiyanın güclənməsinə xidmət edir.

Ekspert sonda əlavə edib ki, bu proses bütövlükdə türk dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi, qarşılıqlı fəaliyyətin genişlənməsi və gələcək inteqrasiya imkanlarının dərinləşməsi baxımından xüsusi önəm kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi bu toplantı türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən vacib siyasi hadisədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri