Icma.az
close
up
RU
Özbəkistan rəsmisi: Ölkəmiz ekoloji problemlərin həllində Azərbaycanın təcrübəsini mənimsəyir

Özbəkistan rəsmisi: Ölkəmiz ekoloji problemlərin həllində Azərbaycanın təcrübəsini mənimsəyir

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Özbəkistan ekoloji problemlərin həllində Azərbaycanın təcrübəsini fəal şəkildə mənimsəyir".

Bunu Oxu.Az-a açıqlamasında Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin müdiri Timur Sabitov deyib.

"Azərbaycanda keçirilən COP29 konfransı regionumuz üçün əsas hadisəyə çevrilib. İlk dəfə olaraq Xəzəryanı dövlətdə belə miqyasda bir tədbir keçirilib. Özbəkistan bu konfransda öz mövqeyini ifadə etmək üçün səylərini birləşdirə bilib", - deyə Sabitov qeyd edib.

Onun sözlərinə görə, COP29 çərçivəsində Özbəkistan nümayəndələri bir çox tədbirlərdə iştirak ediblər, Azərbaycandan olan həmkarları ilə məsləhətləşmələr aparıblar.

"Bizə sizin ölkənizin bir sıra ekoloji problemlərin həllində təcrübəsi, xüsusən də yaşıl iqtisadiyyata keçid üçün qəbul edilmiş strategiyalar olduqca maraqlıdır. Azərbaycan Paris Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirir, şəffaflıq haqqında hesabatlar hazırlayır və istixana qazları üzrə milli töhfələri yeniləyir", - deyə nazirliyin nümayəndəsi vurğulayıb.

Sabitov səhralaşma və torpaqların deqradasiyasını Özbəkistanın əsas ekoloji problemləri olaraq qeyd edib. Bu proseslər havanın incə hissəciklərlə çirklənməsinə gətirib çıxarır ki, bu da şəhərlərdə xüsusilə nəzərə çarpır.

"Məsələn, Daşkənddə biz getdikcə daha çox toz və qum fırtınaları ilə üzləşirik", - deyə o bildirib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, səhralaşmaya qarşı mübarizə məqsədilə Özbəkistanda milli yaşıllaşdırma proqramı həyata keçirilir. Xüsusilə Daşkənd ətrafında yaşıllıq zolağı yaradılır. Oxşar tədbirlər qonşu Qazaxıstanda da reallaşdırılır.

"Yanaşmalar, prinsip etibarilə, eynidir, təkcə aparılan islahatların intensivliyi fərqlənir", - deyə Timur Sabitov əlavə edib.

Özbəkistan Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, xüsusilə şəffaflıq üzrə milli hesabatlarının hazırlanması istiqamətində əlaqə saxlayır.

"Biz bu ilin sonuna kimi bu hesabatı təqdim etməyi planlaşdırırıq", - deyə Ekologiya Nazirliyinin nümayəndəsi fikrini yekunlaşdırıb.

Rufina Abdullayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Noyabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri