Icma.az
close
up
RU
Özbəkistan rus dilindən uzaqlaşıb öz dilinə, israfdan uzaqlaşıb dəyərlərinə qayıdır... Bəs Azərbaycan?

Özbəkistan rus dilindən uzaqlaşıb öz dilinə, israfdan uzaqlaşıb dəyərlərinə qayıdır... Bəs Azərbaycan?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özbəkistanda çoxdan gözlədikləri, ölkə əhalisi üçün aktual məsələ olan qərar təsdiqlənib. Özbəkistan hökuməti toylara və digər ailəvi mərasimlərə dəvət olunan qonaqların sayını 200-dən çox olmamaq şərti ilə məhdudlaşdıran qərarı təsdiqləyib. Qaydalar hamıya eyni dərəcədə şamil ediləcək və nəzarət orqanları onun praktiki icrasına daim nəzarət edəcəklər. Eyni zamanda qərarda qeyd olunur ki, Özbəkistanın milli-mənəvi dəyərlərinə yad, həddən artıq təmtəraqlılığa səbəb olan bəzi ayin və şoular da ciddi şəkildə məhdudlaşdırılacaq.

Hökumətin məhdudiyyətləri qeyd etmələrə gələn qonaqların sayını tənzimləməkdən çox, lazımsız maliyyə xərclərinin qarşısını almaq məqsədi daşıyır.

Mövzu üzrə ictimai fikirlər müxtəlifdir. Ölkəmizdə bu qərarın tətbiq olunmasını arzulayanlar var. Bəziləri də “şad gününü kim necə qeyd etmək istəyirsə, büdcəsinə uyğun qeyd edə bilər” deyir.

Ümumiyyətlə, zaman-zaman bu ölkədə rus dilinə də etiraz ediblər, indi də davam edir. Hələ 4-5 il öncə Özbəkistanın Baş naziri Abdulla Aripov ölkədə mağazalar, iaşə və istehlakçı xidmətlərində reklamların rus dilində aparılmasını, özbək dilinə olan laqeyd yanaşmanı tənqid etmişdir. İstehlak xidməti lövhələrinə rus dilində yazan insanları qınamışdı. İstehlak xidməti lövhələrinə rus dilində yazan insanları qınamışdı. “Dilimizdə yazsanız heç kim başa düşməyəcək”?,- deyə onları məzəmmət etmişdir və bu cür insanların vətənpərvərlik hissi, dövlətə, dilə hörmət hissi olmadığını bildirmişdir.

Bir neçə ay öncə Özbəkistana rəsmi səfər edən Rusiyanın Baş naziri Sergey Lavrov Səmərqənddə məlumatların rus dilində olmamasına irad tutmuşdur. Abidəni ziyarət edən nazir abidənin üzərində, ancaq özbək və ingiliscə yazıları görəndə bələdçidən niyə rus dilində yazı olmadığını soruşub. Bələdçi: “Bura turizm şəhəridir, burada bütün dillərdə yazı var”. “Amma mən rusca görmürəm”,- deyə Lavrov cavab vermişdir. Bu videogörüntü yayıldıqdan sonra Özbəkistanda fəallar Sergey Lavrova etiraz etməyə başlayıblar. Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitet rektoru Sherzod Kudratkhodjaev bildirmişdir ki, “Özbəkistan Rusiyanın müstəmləkəsi deyil”. Eləcə də Özbəkistan Parlamentinin deputatı Odiljon Tojiev də etirazını bildirərək sosial mediada yazmışdır ki, “xarici dilin süni şəkildə təbliği sevgi yox, düşmənçilik yaradır”.

Həmçinin 1 neçə ay öncə özbək bloger Xociəkbər Nosirov Daşkənddə kafelərin birində insanların onunla rus dilində danışmasına sərt təpki vermişdir və problemin həllinə çağırış etmişdir. Demişdir ki, “Biz Özbəkistandayıq. Hamımız özbəkik. Niyə rus dilində danışmalıyıq? Burda işçilərin rus dilində danışmasının nə mənası var? Kim özbəyə rusca sual verirsə, utanmalıdır”.

Təbii ki, toy mövzusundan uzaqlaşmıram. Hərçənd rus dili bizim də "yaralı" yerimizdir. Yaralı yerlərimiz o qədərdir ki... Bu məsələnin dövlət səviyyəsində həll olunmasına inanırıq. Ona görə, məhz elə bu məqama toxunmuşam. Mənim çatdırmaq istədiyim odur ki, xarici siyasətinin öncül məsələsi olan rus dilini təbliğ etməməliyik. İnsanlarda birlik olmalıdır. Öz ana dilimizi, özümüzü dəyərli görməliyik. Rusiyanın xarici siyasətinin öncül məsələsi olan rus dilinin təbliğatçısına çevrilməməliyik. Necə deyiblər; “birlik olan yerdə, dirlik olar”.

Bilirik ki, artıq bölgələrimizdə dəbdəbəli yas mərasimlərinin ləğvinə nail olunur. Bu qərar yas sahiblərini də böyük xərclərdən azad edir. Ehsan süfrələrində yemək verilməsi ənənəsi dayandırılırsa, toylarda da müəyyən israfçılığın və lazım olmayan artıq xərclərin qarşısını almaq olar.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri