Icma.az
close
up
RU
Özbəkistan Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələri sırasına daxil olur

Özbəkistan Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələri sırasına daxil olur

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

  Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Sammitində Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyev Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzv statusunda təmsil edilməsinə hazır olduğunu bildirib.   

Cənab Prezident Şavkat Mirziyoyev çıxışında aşağıdakı fikirləri diqqətə çatdırıb: "Hörmətli nümayəndə heyətlərinin rəhbərləri! Qardaş xalqlarımızı daha da yaxınlaşdırmaq, gəncləri əcdadlarımıza layiq ruhda tərbiyə etmək məqsədilə təşkilata üzv ölkələrin dillərində türk xalqlarının çoxcildli folklor toplusunu nəşr etmək yaxşı olardı. Bu istiqamətdə bizim aktual vəzifəmiz "türk ölkələrinin tarixi" kimi fundamental tədqiqatların birgə aparılmasıdır.  Eyni zamanda, düşünürəm ki, türk dillərindən birbaşa tərcümənin stimullaşdırılması, məktəblərimizdə türk xalqları və onların tarixi, etnoqrafiyası, mədəniyyəti və incəsənəti haqqında fakültativ dərslərin aparılması məqsədəuyğundur. Bu baxımdan Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü seçilməyə hazır olduğunu bildiririk".   Biz – Türk Mədəniyyəti və İrsi Fondu olaraq Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə göstərilən etimada görə dərin minnətdarlığımızı bildirir və bu təşəbbüsün bizim üçün yüksək şərəf olduğunu vurğulamaq istəyirik. Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyət göstərdiyi dövrdə Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanla bağlı bir çox layihələr həyata keçirib. Özbəkistan Prezidentinin bu təşəbbüsünün həyata keçirilməsi ortaq mədəniyyətə, zəngin irsə və çoxəsrlik tarixə malik türk xalqları arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinə, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu ilə türk ölkələri arasında mədəni dəyərlərimizin öyrənilməsi, qorunması və təbliği istiqamətində əməkdaşlığın güсləndirilməsinə geniş imkan yaradır. Qeyd edək ki, bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə qurucu ölkələr, Macarıstan isə Türk Mədəniyyəti və İrsi Fondunun müşahidəçi ölkəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see196

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see162

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see145

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see144

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see138

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see137

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see135

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see132

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see131

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see131

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see126

Sosial şəbəkələrdə təhlükəsizlik problemləri

08 Sentyabr 2025 23:40see121

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see120

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see118

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see118

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see117

Alkoqolun təhlükəsiz dozası yoxdur..!

08 Sentyabr 2025 23:46see116

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri