Icma.az
close
up
RU
Pul qazandıracaq səhifəni necə yaradaq? Mütəxəssis DANIŞDI

Pul qazandıracaq səhifəni necə yaradaq? Mütəxəssis DANIŞDI

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“İzləyici sadəcə say deyil, düzgün auditoriya səhifənin gəlir mənbəyidir”. 

Bu sözləri “Zahidə Səməd Akademiya”nın təsisçisi, SMM mütəxəssisi Zahidə Səməd “Cebheinfo.az”-a müsahibəsində deyib. 

Müsahibəni təqdim edirik: 

- Zahidə xanım, sosial şəbəkədə pul qazanacaq səhifəyə sahib olmaq üçün atılacaq ilk addımlar nələrdir? 

- Əvvəlcə səhifəni sadəcə “açaq və paylaşım edək” prinsipi ilə yox, məqsədyönlü şəkildə qurmaq lazımdır. Yəni nə paylaşacağını, kimə xitab etdiyini və bu səhifənin sənə nə qazandıracağını əvvəlcədən bilməlisən.

Səhifənin adı ilə bağlı seçim, düzgün bioqrafiya yazmaq, brend rəngləri və paylaşım strategiyası ilk mərhələdə ən vacib addımlardır. Əgər bu təməl düzgün qurularsa, sonrakı mərhələlərdə həm izləyici artımı, həm də gəlir prosesi çox daha rahat olur. 

- Səhifəni yeni açan zaman nələrə diqqət etməliyik?

 - Yeni səhifə ilk baxışda etibar oyatmalıdır. Profil şəkli, bioqrafiya və ilk paylaşımlar bu etibarın əsasını qoyur. İzləyici səhifəyə girəndə bir neçə saniyə ərzində “Bu səhifə mənim üçündürmü?” sualına cavab tapır. Ona görə vizual üslub, dil, və ton brendin xarakterinə uyğun olmalıdır. Əlavə olaraq, ilk aylarda paylaşım ardıcıllığı çox vacibdir, aktivlik həm alqoritmlər, həm də izləyicilər üçün siqnaldır. 

- Səhifəyə uyğun izləyici kontingenti toplamaq üçün strategiyamız necə olmalıdır? 

-İzləyici sadəcə say deyil, düzgün auditoriya səhifənin gəlir mənbəyidir. Ona görə strategiya qurarkən “hamıya maraqlı olsun” yanaşması yox, “mənim potensial izləyicim kimdir?” sualından başlamaq lazımdır. Reels kontentləri ilə dəyərli, informativ və emosional videolar paylaşmaq izləyiciləri cəlb edir. Həmçinin, digər səhifələrlə əməkdaşlıq, aktiv hekayələr və düzgün “hashtag” istifadəsi də səhifənin hədəf auditoriyaya çatmasına kömək edir. 

- Reklamlara nə qədər vəsait ayrılmalıdır? Reklamları hansı aralıqla və məbləğlə etmək faydalıdır? 

- Ümumiyyətlə, reklamsız böyüməyi üstün tuturam. Çünki doğru strategiya və davamiyyətlə nəticə əldə etmək olur. Amma ümumi nəzərə alsaq, başlanğıcda böyük büdcə tələb olunmur. Əksinə, kiçik test reklamları ilə hansı kontentin daha çox nəticə verdiyini analiz etmək daha faydalıdır. 

Gündə 5-10 manatlıq reklamlarla 1 həftəlik testlər aparmaq, nəticəyə görə hədəfləməni və vizualları dəyişmək ən sağlam strategiyadır. Ən vacibi isə reklamla yanaşı, təbii artımı da qorumaqdır. Yəni həm təbii kontent, həm də dəstəkləyici reklamlar birlikdə işləməlidir. 

- Bütün bunların fonunda səhifənin hədəflənən səviyyə çatması üçün minimum nə qədər müddət tələb olunur? 

- Əgər ardıcıl və planlı işlənirsə, səhifə təxminən 3-6 ay ərzində formalaşmağa başlayır. Amma real nəticələr- brendin tanınması, etibar və izləyici sadiqliyi adətən 9-12 ay ərzində yaranır. Sosial mediada “tez nəticə” anlayışı yoxdur, amma “doğru istiqamət” anlayışı var. Yəni “bu gün paylaşdım, sabah pul qazanmağa başlayacağam” düşüncəsində olan bir insan bu işə baş vurmasın. Çünki səhifə onu yoracaq. 

- Maraqlıdır, səhifədən qazanc əldə etmək üçün nə qədər zamana ehtiyac var? 

- Gəlir əldə etmə vaxtı səhifənin məqsədindən asılıdır. Məsələn, məhsul və ya xidmət satırsansa, düzgün auditoriya yığdıqdan sonra 4-6 ay ərzində ilk satışlar mümkündür. Amma influnser və ya kontent yaradıcısı kimi gəlir əldə etmək istəyirsənsə, izləyici etimadı və brend dəyərləri formalaşmalıdır. 

Bu da adətən bir neçə ay, bəzən daha çox davam edə bilir. Ən əsası, məqsədi yalnız “qazanc” kimi yox, “dəyər yaratmaq” kimi qoymaqdır. Belə olduğu təqdirdə kontent yaratmaq səni yormaz, əksinə, sevimli məşğuliyyətinə çevrilər. Dəyər artdıqca isə qazanc da gələcək. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri