Özbəkistan universitetlərində Ulu Öndər haqqında açıq dərs keçirilib
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin bir qrup tələbəsinə və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin nəzdində təşkil olunmuş “Azərbaycan dili” kursunda təhsil alan gənclərə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərs keçirilib.
Bu ali məktəblərdə Azərbaycan dilini tədris edən pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva tələbələrə Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, Heydər Əliyevin bu xidmətləri unudulmur və hər zaman böyük minnətdarlıq hissi ilə anılır, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri danılmazdır. Heydər Əliyevin xatirəsi daima qəlblərdə yaşayacaq.
Tələbələrə “Heydər Əliyev və Azərbaycan” adlı videoçarx da təqdim olunub.
Dərsdən sonra tələbələr Daşkənd şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 Dekabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















