Icma.az
close
up
RU
Ulu Öndər haqqında zamana bağlı düşüncələr...

Ulu Öndər haqqında zamana bağlı düşüncələr...

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Ulu Öndər Heydər Əliyev dühasının özünəməxsusluğu zamanın gerçəklikləri ilə tam dolğunlaşıb və yeni hədəfləri aydın zəka ilə dərk etməyə yol açıb. İndi qarşıya qoyulan ümummilli məqsədlərin gerçəkliyə çevrilməsində fenomenallığın mahiyyətini açmaq həm də müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün bu hədəflərin nəyə qadir olduğunu təlqin etmək kimi elmi vəzifə hamımızın qarşısında dayanır. Çünki, dövlətçilik fəlsəfəsində Heydər Əliyev dühası malik olduğu elmi əsaslarla unikallığın, mükəmməlliyin və onun düşüncələrə sirayət etməsinin labüdlüyünü təsdiq edib. Bu, Ulu Öndərin timsalında şəxsiyyətin miqyasının malik olduğu sərhədsizlik amili ilə bağlıdır. Deməli, Heydər Əliyevin siyasi təcrübəsi ilə əldə edilən ümummilli uğurlar təkcə milli əhəmiyyəti ilə kifayətlənməyib bəşəriyyətin taleyi baxımından öyrənilməli olduğu qədər də düşündürücüdür. Zaman keçdikcə məlum oldu ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının uğurlu nəticələri hər birimizin qarşısında yeni-yeni ümummilli vəzifələr qoyub. Onun öyrənilməsi, dərki və tətbiqi prosesində birləşmək, harmoniya yaratmaq, siyasi təfəkküründən qaynaqlanan azərbaycançılığın rüşeymləri ilə milli ideyadan ideologiyaya doğru gedən prosesin iştirakçısına çevrilmək bu vəzifələrin ən vacibidir. Tam mənası ilə deməliyik ki, dahi siyasi xadimin dövlətçilik fəlsəfəsi prosesin bütün komponentlərini müəyyənləşdirdi və onu necə həyata keçirməyin yollarını xalqına göstərdi. Bu strategiyanın məntiqi davamı olaraq siyasi lider faktorunu uğurlu siyasi varis amili ilə birləşdirərək güclü dövlətin mövcudluğu yolunda tarixi vəzifə kimi İlham Əliyevin timsalında xalqın gələcəyinə etibarlı zəmanət yaratdı. Müasir Azərbaycanın həyatında xilaskarlığın, sabitliyin, inkişafın, Qələbənin və Güclü Dövlətin mövcudluq fəlsəfəsini bu müdrikliyin miqyasından kənarda təsəvvür etmək mümkün deyildir. Əlbəttə, bunlara nail olmaq az vaxt dönəmində çox çətin mərhələlərdən keçməklə mümkün olub. Tədqiqatçılar doğru qənaətlərə gəlir ki, “Ulu Öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca mərhələdir”. Bütün bunların fonunda biz XX əsrin reallıqlarını, XXI əsrin isə zəruri çağırışlarını nəzərə alsaq Azərbaycan xalqının taleyində ən çətin vəzifənin məhz Heydər Əliyevin üzərinə düşməsini aydın şəkildə görürük. Bu vəzifələri öhdəsinə götürmək və onları uğurlu sonluqlarla xalqının taleyinə yazmağı bacarmaq siyasi bilik və təcrübə ilə yanaşı sonsuz Vətən sevgisindən doğan təəssübkeşlik, xalqının milli ruhu ilə yaşamaq, yaşatmaq məharəti ilə mümkün idi. Tam məsuliyyəti ilə deməliyik ki, Heydər Əliyevin özündən əvvəlki dövlət xadimləri və liderlər Azərbaycan tarixində bu vəzifəni onun qədər uğurlu sonluğa çatdıra bilməmişlər. Belə elmi əsaslanmalar onun Ümummilli lider, Ulu Öndər statusunu əbədi olaraq xalqının yaddaşına həkk edib. Müasir Azərbaycanın bütün sahələrdə əldə etdiyi Qələbələr, dünyadakı mövqeyi və tutduğu özünəməxsus inkişaf yolu bu statusu Heydər Əliyev şəxsiyyətinə haqq edib. Bu gün Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik fəlsəfəsinə yeni reallıqlardan baxış göstərir ki, xilaskarlığın güclü dövlət ilə vəhdətini yaradan zəngin ümummilli sərvətimiz nəsillərin öyrənəcəyi zəngin xəzinədir ki, onu öyrəndikcə milli kimliyimizin və qüdrətimizin miqyasının nəyə qadir olduğunu görürük. Ulu Öndər haqqında zamana bağlı düşüncələr hər zaman bizdən bu vəzifəni tələb edəcəkdir.

Sənan Həsənov

Ulu Öndər Heydər Əliyevin irsinin tədqiqatçısı,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

AMEA Azad Həmkarlar İttifaqının sədri, aparıcı elmi işci

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri