Icma.az
close
up
RU
Özbəkistan və Azərbaycan Dayanıqlı Ətraf Mühit Tərəfdaşlığı Kursu

Özbəkistan və Azərbaycan Dayanıqlı Ətraf Mühit Tərəfdaşlığı Kursu

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bahrom Aşrafxanov

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

Özbəkistan və Azərbaycan arasında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq qlobal iqlim problemləri kontekstində uğurlu regional qarşılıqlı fəaliyyət nümunəsini sərgiləməklə möhkəmlənməkdə davam edir. Son illər iki ölkə arasında tərəfdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatları əhatə edən yeni strateji ölçü əldə edib.

Özbəkistan və Azərbaycan arasında ekoloji əməkdaşlığın əsasını 2008-ci il sentyabrın 11-də Bakıda imzalanmış ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş təşkil edir. Hazırda hüquqi bazanı genişləndirəcək və birgə təşəbbüslərin sistemli şəkildə həyata keçirilməsində keçidi təmin edəcək yeni Hökumətlərarası Saziş layihəsi hazırlanır.

Son bir neçə ildə beynəlxalq konfranslarda, o cümlədən MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində fəal təcrübə mübadiləsi aparılıb. Bu əməkdaşlıq yüksək səviyyəli nazirlərin görüşləri, nümayəndə heyətlərinin mübadiləsi və mühüm beynəlxalq forumlarda birgə iştirakla gücləndirilir.  2023–2024-cü illərdə Özbəkistan və Azərbaycan nümayəndələri bir sıra əsas iqlim tədbirlərində iştirak ediblər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının  Tərəflər Konfransının 28-ci və 29-cu (COP28 və COP29) sessiyalarında iştirak xüsusi əhəmiyyət kəsb edirdi.

Türk Dövlətləri Təşkilatının ətraf mühit nazirlərinin ilk görüşü 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində baş tutub. Görüşün təşəbbüsü TDT-nın Şuşada keçirilən qeyri-rəsmi sammiti çərçivəsində irəli sürülüb və onun nəticəsi ekologiya sahəsində koordinasiyanın gücləndirilməsinə dair Niyyət Bəyannaməsinin imzalanması olub.

Bundan əlavə, COP29 çərçivəsində Asiya İnkişaf Bankı Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin dəstəyi ilə davamlı su və kənd təsərrüfatının inkişafı üçün 3,5 milyard ABŞ dolları həcmində investisiyaları nəzərdə tutan “Buzlaqlardan təsərrüfatlara” (Glaciers to Farms) regional proqramının icrasına başlayıb. Layihənin dəstəklənməsinə dair müvafiq Bəyannaməni Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev (Hazırda Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi – red.) və Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Əziz Abduhakimov imzalayıblar.

Gənclərin və təhsil təşəbbüslərinin dəstəklənməsi də əməkdaşlığın mühüm sahəsinə çevrilib. 2023-2024-cü illərdə Azərbaycandan gənc ekoloji fəallar Səmərqənddə keçirilən Beynəlxalq Ekoloji Düşərgədə iştirak ediblər. Tədbir “Zamin” Fondunun himayəsi altında, nazirliklərin və beynəlxalq təşkilatların (UNİCEF, UNDP, FAO) iştirakı ilə mədəniyyətlərarası mübadilənin təşviqi və yeni nəslin ekoloji şüurunun formalaşdırılması məqsədilə keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin 2024-cü ilin sentyabrında səfəri də az əhəmiyyət kəsb etməyib. Özbəkistan-Azərbaycan Media Forumu çərçivəsində qonaqlar Özbəkistanın Ekologiya Nazirliyinin İnformasiya Xidmətinin fəaliyyəti ilə tanış olub, ekoloji informasiya ilə iş, dezinformasiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsi aparıblar.

Əməkdaşlığın daha da gücləndirilməsi üçün bir sıra istiqamətlər təklif olunub:

- Yaşıl urbanizasiya: şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması və yaşıl infrastrukturun inkişaf etdirilməsi sahəsində təcrübə mübadiləsi.

- Tədqiqat tərəfdaşlığı: Mərkəzi Asiya Universitetində iqlim dəyişikliyi problemlərinə dair əməkdaşlığın genişləndirilməsi.

- Mühafizə olunan təbiət ərazilərinin idarə olunması: xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsinə dair biliklərin mübadiləsi.

- Əməkdaşlığın institusionallaşdırılması: işçi qrupunun yaradılması ilə yeni hökumətlərarası sazişin imzalanması və həyata keçirilməsi.

- Azərbaycana Köçəri Növlər üzrə Konvensiyada iştirak imkanlarına baxılması təklifi.

Özbəkistan və Azərbaycan arasında ekologiya və iqlim dəyişikliyi sahəsində tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, bütün region üçün davamlı inkişafın mühüm amilinə çevrilir.

İqlim diplomatiyası, elmi mübadilə, ekoloji maarifləndirmə və beynəlxalq iştirakçılıq sahəsində birgə addımlar təbiətin qorunmasına və gələcək nəsillər üçün ekoloji təhlükəsizliyin təmin edilməsinə yönəlmiş gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyun 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri