Icma.az
close
up
RU
Özbəkistanda Azərbaycan Özbəkistan əməkdaşlığına dair konfrans keçirilib

Özbəkistanda Azərbaycan Özbəkistan əməkdaşlığına dair konfrans keçirilib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə birgə “Özbəkistan-Azərbaycan: ədəbi əlaqələri və əməkdaşlığın perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirib. 

Tədbirdə Azərbaycanın və Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, alimlər, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak edib. 

Konfransı Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçehrə Rixsiyeva açaraq əməkdaşlığımızın tarixindən danışıb, son illərdə bütün sahələrdə olduğu kimi mədəni-humanitar istiqamətdə də əlaqələrin durmadan inkişaf etdiyini diqqətə çatdırıb.   

Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Minhojiddin Mirzə Azərbaycan və Özbəkistanın yazıçılar qurumları arasında olan əməkdaşlıqdan, şair və yazıçılarımızın dostluğundan, ədəbi əlaqələrimizin tarixindan danışıb. 

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli konfransda çıxış edərək vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. Onun sözlərinə görə, bu gün iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatması, dövlət başçıları – Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı etimad və siyasi iradənin bariz nəticəsidir. Məhz bu qarşılıqlı etimad və qardaşlıq münasibətləri nəticəsində iki ölkə arasındakı əməkdaşlıq bu gün bütün istiqamətlərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Akif Marifli çıxışı zamanı Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikri xatırladıb: “Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir.” Onun sözlərinə görə, bu fikir Türk dünyasının birliyini, ortaq dəyərlərini və gələcəyə yönəlmiş strateji hədəflərini ifadə edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova “Özbəkistan və Azərbaycan xalqlarının mədəni və linqvistik ortaq kökləri: tarixi və müasir aspektlər” mövzusunda elmi məruzəsində Azərbaycan–Özbəkistan münasibətlərinin tarixi, siyasi və mədəni inkişaf dinamikasını çoxşaxəli şəkildə təhlil edib. O qeyd edib ki, hər iki xalqın müstəqillik əldə etməsindən sonra ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci prezidenti İslam Kərimov arasında formalaşmış səmimi dostluq və strateji əməkdaşlıq münasibətləri dövlətlərarası əlaqələrin dərinləşməsində mühüm rol oynamış, bu münasibətlər iki qardaş xalqın qarşılıqlı inkişafına ciddi təkan verib.

Professor Hüseynovanın vurğuladığı kimi, həmin dövrdən etibarən Azərbaycan və Özbəkistan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr sistemli şəkildə genişlənib, bu proses bu gün Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin uzaqgörən siyasəti nəticəsində daha da strateji xarakter alıb. Müasir dövrdə iki ölkə arasında qarşılıqlı mədəni və elmi inteqrasiya prosesləri regional sabitlik və türk dünyası birliyi kontekstində xüsusi əhəmiyyət kəsb edir. Mahirə Hüseynova həmçinin bildirib ki, klassik ədəbiyyatın qarşılıqlı təsiri, tərcümə ənənələrinin inkişafı, ortaq dil və mənəvi dəyərlərin qorunması hər iki xalqın milli kimliyinin möhkəmlənməsinə, eləcə də müasir elmi-humanitar əməkdaşlığın genişlənməsinə xidmət edir.

Sonra bir qrup özbək alimi, həmçinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədli, ADPU-nun müəllimi, filologiya elmləri doktoru, professor Könül Səmədova, Bakı Dövlət Universitetinin müəllimi, dosent Sevinc Ruintən, ölkəmizdən gələn digər alim, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva və başqaları ölkələrimiz arasında ədəbi əlaqələr, elm, mədəniyyət, ədəbiyyat sahələrində inteqrasiya proseslərindən danışıblar.  

Konfransa onlayn formatda Azərbaycandan qatılanlar da olub.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri