Daşkənddə Azərbaycan Özbəkistan musiqi əməkdaşlığına dair yeni razılaşma əldə olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Dövlət Konservatoriyasında konservatoriyanın rektoru Kamoliddin Urinbayev arasında görüş keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında musiqi sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbələrin yaradıcılıq fəaliyyətinə dəstək, elmi və yaradıcılıq sahəsində təcrübə mübadiləsinin aparılması, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tərəflər musiqi təhsili sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, gənc ifaçılar üçün yeni imkanların yaradılması və gələcəkdə müxtəlif formatlarda birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda Konservatoriyanın Musiqi Alətləri Muzeyində müxtəlif ölkələrin musiqi mədəniyyətini əks etdirən guşələrin mövcudluğu nəzərə alınaraq, burada Azərbaycan musiqi mədəniyyətini və milli musiqi alətlərini əks etdirən “Azərbaycan guşəsi”nin yaradılması ilə bağlı razılıq əldə olunub.
Səfər çərçivəsində qonaqlar həmçinin tələbələrin iştirakı ilə təşkil olunan konsert proqramını izləyib, gənc musiqiçilərin ifaları ilə yaxından tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 28 Aprel 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















