Icma.az
close
up
RU
Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirildi FOTOLAR

Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirildi FOTOLAR

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın Zəfər Günü ilə bağlı böyük konsert tədbiri keçirilib.

Moderator.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, Azərbaycan diasporunun üzvləri, tələbələr, jurnalistlər iştirak edib.

Əvvəl iştirakçılar Mərkəzin foyesində Azərbaycan xalqının zəfərinə həsr edilmiş foto və kitablardan ibarət sərgiyə baxıblar.

Qonaqları salamlayan Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev 44 günlük Vətən müharibəsi, torpaqlarımızın Ermənistanın işğalından azad olunması, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı və şücaəti haqqında söhbət açaraq 2020-ci ilin 27 sentyabr tarixində düşmənin bütün cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin döyüş mövqelərini və yaxınlıqdakı yaşayış məntəqələrini müxtəlif silahlardan istifadə etməklə atəşə tutduğunu, mülki əhali arasında qırğının qarşısını almaq və itirilmiş torpaqlarımızı qaytarmaq məqsədi ilə ali baş komandanlıq tərəfindən bütün cəbhə xətti boyu hərbi əməliyyatların başlanmasına əmr verildiyini və bununla da II Qarabağ müharibəsinin başlanmış olduğunu deyib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi Azərbaycan əsgərinin şücaəti şəhidlərin qanı canı bahasına cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan 28 ildən sonra öz torpaqlarını azad etmiş, tarixi Zəfəri qazanmış, şəhidlərimizin qanını yerdə qalmamış, qisasları alınmışdır. N.Əlimirzəyev 8 noyabr tarixində Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad olunduğu günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 noyabr zəfər günü kimi qeyd olunduğunu da söylədi.

Çıxış edən Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Saidqaniyeva müharibə dövründə Ermənistanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərini, kəndləri, mülki əhalini böyük dağıdıcı gücə malik raketlərlə atəşə tutmaqla beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyasının öhdəliklərinə zidd olan müharibə cinayətləri törətdiyini vurğulayıb. Lakin rəşadətli Azərbaycan ordusunun düşmənə layiqli cavab verərək tarixi qələbə qazanıldığını söyləyən deputat bütün Azərbaycan xalqını tarixi Zəfər günü münasibətilə təbrik edərək özbək xalqının hər zaman öz qardaşlarının yanında olduğunu vurğulayıb.

Rəsmi hissədən sonra keçirilən konsertdə Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan, Başqırdıstan və Tatarıstanın xalq artisti Jenisbek Piyazov, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev, Özbəkistanın “Özbəyim yoşları" (Özbəyim gəncləri) musiqi qrupunun  üzvləri Azərbaycan və özbək dilində mahnılar, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri