Icma.az
close
up
RU
Özbəkistanda Azərbaycanın “Zəfər Günü” münasibətilə kitab təqdimatı keçirilib

Özbəkistanda Azərbaycanın “Zəfər Günü” münasibətilə kitab təqdimatı keçirilib

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş “Vatan uchun jon fido qilgan qahromanlar” (Vətən üçün can fəda edən qəhrəmanlar) adlı kitabın Daşkənd İqtisadiyyat və Pedaqogika İnstitutunda “Zəfər Günü” münasibətilə təqdimatı keçirilib.
Newscenter.az xəbər verir ki, sözügedən ali təhsil ocağının rektoru, professor Şakarboy Caniqulov tədbiri giriş sözü ilə açaraq Azərbaycan torpaqlarının 30 ildən çox erməni işğalı altında saxlanıldığını və bu ərazilərdə ermənilər tərəfindən genişmiqyaslı vandalizm hərəkətlərinin həyata keçirildiyindən söz açıb. Qarabağda işğal altında olan torpaqlarımızdakı tarixi abidələrimizin, məscidlərimizin ermənilər tərəfindən tamamilə dağıdıldığını və iki məscidimizdə isə donuz saxlanıldığını xüsusi qeyd edən rektor, ermənilərin Azərbaycan xalqına qarşı düşmənçiliyinin kökündə onların bütün türk dünyasına olan düşmənçiliyinin durduğunu, hələ yüz il bundan qabaq ermənilər tərəfindən Fərqanədə, Mərgilanda, Kokandda özbək xalqına qarşı daşnakların törətdiyi vəhşiliklərdən, cinayətlərdən söz açıb. Ş.Caniqulov özbək xalqının otuz il bundan qabaq olduğu kimi indi də Azərbaycan xalqının yanında olduğunu vurğulayaraq bu birgəliyin bir olan kökündə qədim tarixi köklərimizin durduğunu qeyd edib.
Daha sonra çıxış edən Özbəkistandakı H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev Qarabağ savaşından, erməni təcavüzkarlığından söz açaraq, Özbəkistan dövləti və xalqının həmişə yanımızda olmasını, Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini xatırlatdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi Azərbaycan əsgərinin şücaəti şəhidlərin qanı canı bahasına nəhayət ki torpaqlarımızın 28 ildən sonra düşmən tapdağından azad edildiyini söyləyən N. Əlimirzəyev bununla da bütün şəhidlərimizlə yanaşı İsgəndər Aznaurovun qanının yerdə qalmadığını qeyd etdi. 8 noyabrda Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad olunması tarixinin Azərbaycan xalqı tərəfindən Qələbə günü kimi qeyd edildiyini bildirən N.Əlimirzəyev Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən bu tarixin Zəfər Günü kimi qeyd olunduğunu vurğuladı. Bu gün işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq işlərinin aparıldığını deyən natiq, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdaraq əvvəlki həyatlarına döndüklərini və bu quruculuq işlərində Özbəkistan dövlətinin də rolunun olduğunu dedi.
Daha sonra çıxış edən professor Marufcan Yoldaşov Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr edilən sözügedən kitabın gənc nəsillərin qəhrəmanlıq ruhunda yetişməsi baxımından əhəmiyyətindən söz açıb.
Çıxış edən filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iki ölkə arasında mövcud mədəni-ədəbi əlaqələrdən söz açaraq bu sahədə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti ələlxüsus da sözügedən mərkəz tərəfindən həyata keçirilmiş nəşr layihələrindən söz açıb. Sözügedən nəşrin əsas məqsədi Azərbaycan xalqının suverenlik və ərazi bütövlüyü yolunda apardığı mübarizəni özbək oxuculara çatdırmaq və gənc nəsillərin milli vətənpərvərlik ruhunda yetişməsinə xidmət göstərmək olduğunu bildirdi.
Tarixçi alim dosent Asror Qayumov ermənilərin türk xalqlarına qarşı tarix düşmənçiliklərdən söz açaraq bu xalqlar içində azərbaycanlılarla yanaşı özbəklərin də ermənilər tərəfindən soyqırımlara, qətliamlara məruz qaldıqlarını xatırladıb.
Tədbirdə iştirak edən hərbiçi, polkovnik Noryigit Dusanov gənc nəslin yetişməsində tarixi qəhrəmanlıq mövzularının önəmli yer tutduğunu bildirərək Azərbaycanın Milli qəhrəmanı İskəndər Aznaurovun Birinci Qarabağ savaşında göstərmiş olduğu şücaətlərdən bəhs edən kitabın da bu istiqamətdə mühüm mənbə olacağını vurğulayıb.
Sonda tədbir iştirakçılarına İskəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edən sənədli film təqdim edilib.
Özbəkistandakı H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində çap edilmiş və müəllifi mərhum jurnalist-tədqiqatçı Mövlan Şükürzadə olan kitabda birinci Qarabağ savaşında şəhid olmuş Özbəkistanda anadan olan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovun həyatı, döyüş yolu, silahdaşlarının, onu yaxından tanıyanların, ailəsinin onunla bağlı xatirələri də yer alır.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Noyabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri