Icma.az
close
up
RU
Özbəkistanda da həbs edilibmiş Müğənnilikdən ekstrasensliyə keçən İqbol Soliyev kimdir?

Özbəkistanda da həbs edilibmiş Müğənnilikdən ekstrasensliyə keçən İqbol Soliyev kimdir?

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Son günlər özbəkistanlı təbib-ekstrasens İqbol Soliyevin Bakıda insanları “əl enerjisi” ilə “müalicə etməsi” ilə bağlı xəbərlər yayılmışdı. Bəzi klinikaların təşkilatçılığı ilə fəaliyyət göstərən ekstrasensin saxlanılması ilə bağlı xəbər vermişdik. 

Bəs İqbol Soliyev kimdir?

Lent.az onunla bağlı araşdırmanı təqdim edir.

İqbol Soliyev Özbəkistanda fəaliyyət göstərən və son illərdə sosial şəbəkələrdə geniş müzakirə olunan xalq təbabəti ilə məşğul olanlardan biridir. O, əsasən xəstələri dərman və tibbi avadanlıq olmadan, yalnız əl hərəkətləri ilə “müalicə etdiyini” iddia etməsi ilə tanınıb. Onun fəaliyyəti həm böyük maraq, həm də ciddi mübahisələr doğurub və bu səbəbdən dəfələrlə medianın və rəsmi qurumların diqqət mərkəzinə düşüb.

İqbol Soliyev 1972-ci ildə Özbəkistanda doğulub və hazırda Kokand şəhəri yaxınlığında yerləşən Mingtut kəndində yaşayır. Soliyevin atası da vaxtilə həkim kimi çalışıb, qardaşı isə hazırda tibbi fəaliyyətlə məşğuldur. Soliyev əvvəllər yalnız tibb sahəsi ilə deyil, musiqi ilə də məşğul olub. O, toy məclislərində müğənni kimi çıxış edir, bəzi mahnıları isə yerli televiziya kanallarında yayımlanırdı. Hətta onun dini biliklərə sahib olduğu və hafiz kimi tanındığı barədə məlumatlar da var. Soliyev həmçinin Özbəkistanda yerləşən “Bionur” klinikasının sahibidir.


Soliyev geniş tanınmağa sosial şəbəkələrdə yayılan videolardan sonra başlayıb. Videolarda onun yeriyə bilməyən, danışa bilməyən və hətta görmə qabiliyyətini itirmiş insanların üzərində əl hərəkətləri edərək onları sağaltdığı iddia olunurdu. Bu görüntülər internetdə sürətlə yayılaraq minlərlə insanın diqqətini çəkdi və qısa müddətdə onun evinin qarşısında uzun növbələr yaranmağa başladı. Müalicə üçün gələnlər yalnız Özbəkistanın müxtəlif bölgələrindən deyil, həm də qonşu Qırğızstan və Tacikistan kimi ölkələrdən idi.

Soliyevin “müalicə üsulu” qeyri-ənənəvi hesab olunur. O, xəstələrin bədəninə və başına əl hərəkətləri edərək onları sağaltdığını bildirir və müalicə prosesində heç bir dərman, tibbi cihaz və ya bitki mənşəli vasitədən istifadə etmir. Onun qəbuluna gələn xəstələr adətən, üç gün ardıcıl seans keçməli olurlar. Bir seansın qiyməti təxminən 100 min özbək somu (təxminən 14 manat) təşkil edir və beləliklə, üç günlük müalicə üçün xəstələr orta hesabla 300 min som (təxminən 42 manat) ödəyirlər. Soliyev 7 yaşdan kiçik uşaqları və 70 yaşdan yuxarı xəstələri pulsuz qəbul etdiyini deyib.

Onun fəaliyyətinin geniş yayılması ilə Kokand şəhərində böyük izdiham yaranmışdı. Bəzi xəstələr növbəyə düşmək üçün gecə saatlarında gəlib maşınlarda gözləyir, günlərlə sıra gözləməli olurdular. Bu vəziyyət hətta yerli iqtisadiyyata da təsir göstərmişdi. Soliyevin evinin yaxınlığında yaşayan sakinlər gələn xəstələrə otaqları kirayə verməyə başlamışdılar.

Bununla yanaşı, Soliyevin fəaliyyəti tibb mütəxəssisləri tərəfindən ciddi tənqid olunub. Özbəkistan Xalq Təbabəti Assosiasiyası nümayəndələri bildiriblər ki, onun tətbiq etdiyi üsullar tibb elmində mövcud deyil və bu cür iddialar insanların ümidindən sui-istifadə etmək riskini yaradır. Onların fikrincə, ağır xəstəliklərin yalnız əl hərəkətləri ilə sağaldılması mümkün deyil və ümidsiz vəziyyətdə olan xəstələr bu cür vədlərə daha tez inanırlar.

Soliyevin fəaliyyəti hüquqi problemlərlə də üzləşib. Onun fəaliyyəti ilə bağlı aparılan araşdırmalardan sonra Fərqanə vilayəti məhkəməsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib və 10 günlük həbs cəzası alıb. Daha sonra isə Kokand şəhər məhkəməsi tərəfindən ona 7.5 milyon som (təxminən 1040 manat) inzibati cərimə tətbiq olunub. Özbəkistan qanunvericiliyinə görə, xalq təbabəti sahəsində fəaliyyət göstərmək üçün xüsusi icazə və sertifikat tələb olunur.

Buna baxmayaraq, İqbol Soliyev özü haqqında yayılan bəzi iddiaları qəbul etmir. O, sosial şəbəkələrdə etdiyi açıqlamalarda fəaliyyətini qanuni sertifikatlar əsasında həyata keçirdiyini bildirir və haqqında yayılan məlumatların bir qisminin yanlış olduğunu deyir. Onun sözlərinə görə, həm Özbəkistan, həm də digər ölkələrin tibbi qurumları tərəfindən verilmiş müxtəlif sertifikatlara sahibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Mart 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri