Icma.az
close
up
RU
Özbəkistanda Əmir Teymurun iki tonluq qazanının surəti yaradılacaq

Özbəkistanda Əmir Teymurun iki tonluq qazanının surəti yaradılacaq

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 avqust, AZƏRTAC

Özbəkistanda XIV əsrə aid Əmir Teymurun şəxsi göstərişi ilə hazırlanmış sənət incisi olan iki tonluq qazanının surəti yaradılacaq. Hazırda bu orijinal bürünc artefakt Qazaxıstanın Türküstan şəhərində yerləşən Xoca Əhməd Yəsəvi türbəsində saxlanılır.

AZƏRTAC xəbər verir ki, qazanın hündürlüyü 1,6 metr, diametri 2,4 metr, tutumu isə 3 min litrdir. Bu təkcə unikal metallurgiya nümunəsi deyil, həm də birlik və səxavətin dərin rəmzi, sufi ənənəsinin mühüm elementidir.

Qazanın üzərinə onlarla yazı həkk olunub. Ərəb və fars dillərində “Hökm yalnız Allaha məxsusdur” ifadəsi dəfələrlə təkrarlanır. Eyni zamanda onun yaradılma tarixi dəqiq göstərilib — 25 iyun 1399-cu il. Yuxarı kəmər hissəsində Quran və hədislərdən sitatlar, eləcə də sifarişçi kimi Əmir Teymurun adı qeyd olunub.

Sərkərdənin hakimiyyəti dövründə bu qazandan cümə günləri şirin su paylanırdı, bu isə ümumi xeyir-dua və Uca Yaradan qarşısında hamının bərabərliyi rəmzi sayılırdı.

Bu artefaktın yenidən yaradılması Daşkənddə yerləşən İslam Sivilizasiyası Mərkəzindəki daimi sərginin əsas eksponatı olacaq. Layihə Teymurilər dövrünün əhəmiyyətini və regionun zəngin mədəni irsinin davamlılığını vurğulayacaq.

Qeyd edək ki, məşhur qazan uzun illər Ermitajda saxlanılıb. 1935-ci ildə o, İran sənətkarlarının III Beynəlxalq Konfransında iştirak etmək üçün Leninqrada (indiki Sankt-Peterburq) göndərilmişdi. Onun orada cəmi üç ay qalacağı planlaşdırılsa da, vətənə yalnız 54 il sonra 1989-cu ildə qaytarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Avqust 2025 04:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri