Özbəkistanda Qərbi Azərbaycanlılar İctimai Birliyi yaradıldı
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində həmin ölkədə yaşayan Qərbi azərbaycanlıların təşkilatçılığı və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilib.
Axar.az xəbər verir ki, Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev açılış nitqi ilə çıxış edərək tarixi faktlarla ermənilərin Qərbi Azərbaycanda əsrlər boyu azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və deportasiya haqqında, eləcə də XIX-XX əsrdə azərbaycanlıların Qafqazın və Qərbi Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni mühitində oynadıqları rol barədə məlumat verib.
İclasın sədri Vidadi Qurbanov yaradılacaq ictimai birliyin rəhbəri və onun müavini vəzifəsinə namizədlərin irəli sürülməsi üçün müraciət edib.
İclas iştirakçıları İsmayıl Məmmədovun təklifi əsasında “Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin rəhbəri vəzifəsinə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonundan olan İlham Abdullayevin, müavin vəzifəsinə isə Ədalət Qocamanovun namizədliyini dəstəkləyib.
Konfrans iştirakçıları “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin təsis iclasının yekunu olaraq müvafiq təşkilatlara ünvanlanmaq üçün sənədlərin hazırlanmasına dair razılığa gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Dekabr 2024 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















