Icma.az
close
up
RU
Daşkənddə Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar İctimai Birliyi yaradılıb

Daşkənddə Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar İctimai Birliyi yaradılıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə bu ölkədə yaşayan Qərbi Azərbaycanlıların tədbiri keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbiri Mədəniyyət Mərkəzinin direktorunun müavini Nadir Əlimirzəyev açaraq tarixi faktlarla Qərbi Azərbaycanda ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətmiş etnik təmizləmə və deportasiya siyasəti haqqında, eləcə də XIX-XX əsrdə azərbaycanlıların Qafqazın və Ermənistanın ictimai-siyasi, ədəbi-mədəni mühitində oynadıqları mühüm rol barədə məlumat verib.

Əslən Qərbi azərbaycanlı Vidadi Qurbanov dünyanın müxtəlif ölkələrində yaşayan Qərbi azərbaycanlıların daha səmərəli fəaliyyət göstərmələri üçün vahid bir təşkilatda birləşməsinin vacib olduğunu bildirib və Özbəkistanda yaşayan soydaşlarımızın da bu məqsəd ilə birləşməsinin vacibliyini qeyd edib. 

İsmayıl Məmmədov Qərbi azərbaycanlıların dünyanın harasında yaşamaqlarından asılı olmayaraq bir amal – öz ata-baba torpaqlarına qayıtmaq amalı ətrafında sıx birləşmələrinin vacib olduğunu və bununla da Azərbaycan dövlətinin və Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan və buradan deportasiya olunmuş azərbaycanlılarla bağlı yürütmüş olduğu siyasətə tam dəstək olacağını vurğulayıb. 

Daha sonra çıxış edən Dürrə Əmirquliyeva uzun illər boyu erməni terroru nəticəsində öz doğma torpaqlarından uzaq düşmüş Qərbi azərbaycanlıların bu gün öz yurdlarına qayıtmağı vaxtının gəlib çatdığını və buna inandıqlarını bildirib.O, soydaşlarımızın hüquqlarının bərpası istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb. 

Əslən Qərbi Azərbaycandan olan İlham Abdullayev Qərbi azərbaycanlıların hüquqlarının bərpası və onların öz ata-baba torpaqlarına qayıtması üçün Azərbaycan xalqı və dövlət başçısı İlham Əliyevin apardığı siyasətə dəstək olaraq Özbəkistanda yaşayan Qərbi azərbaycanlıların vahid cəmiyyət ətrafında birləşməsinin vacib olduğunu bildirib. Bu günki toplantının əsas məqsədinin “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyini yaratmaq və bu birliyin gələcək fəaliyyətini müəyyən etməkdir. 

Qərbi Azərbaycandan olan Qalib Müslümov, Ədalət Qocamanov, gənc soydaşımız   Emin Quliyev uzun illər boyu vətəndən uzaqda yaşayan soydaşlarının vahid bir təşkilatda birləşməsinin onların əlaqələndirilməsi, məlumatlandırılması və birgə mütəşəkkil hərəkət etmək, qərar qəbul etmək baxımından çox vacib olduğunu bildiriblər. 

Sonra əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən olan İlham Abdullayev Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar İctimai Birliyinin sədri, həmin rayonun Daşkənd kəndindən olan Ədalət Qocamanov isə sədrin müavini seçiliblər.

Yekun nitqi ilə çıxış edən Vidadi Qurbanov tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycanın Özbəkistandakı səfirliyinə təşəkkürünü bildirib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri