Özbəkistanda qızıl medal
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev (61 kq) “Uzbekistan Open” turnirində qızıl medal qazanıb.
Təmsilçimiz birdən qaldırma hərəkətində 103 kiloqram nəticə göstərərək birinci olub. O, təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. Atlet bu dəfə 123 kq ağırlığı ram edib. Beləliklə, toplamda 226 kq nəticə göstərən K.Xappayev yarışın qalibi adını qazanıb.
L.AZAD
XQ

